Beynəlxalq Müəllimlər Günü münasibətilə professor İlham Pirməmmədovun təbriki

0
704

Bu gün 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür. Müəllim adına hər zaman ləyaqətlə xidmət edən, müəllim adını şərəflə daşıyan, müəllimlik missiyasını vicdanla yerə yetirən Azərbaycan müəllimini təbrik eidirk.

Hər bir insanın həyatında ona “Ana”, “Vətən” kəlmələrini yazdıran, oxudan, onu savadlı insan kimi formalaşdıran, ləyaqətli vətəndaş kimi yetişdirən, şəxsiyyət kimi tanıdan müəllimləri olmuşdur. Məhz həyatımız boyu o müəllimlərimizin varlığına, əxlaqına borclu olmuşuq.

Bu gün də Azərbaycan müəllimi bütün çətinliklərə sinə gərərək öz missiyasını, vəzifəsini şərəflə yerinə yetirir. 44 günlük Vətən savaşında Qarabağ cəbhəsində düşmənin başına zərbələr endirən, ərazi bütövlüyümüzü qanı, canı bahasına qazanan müzəffər ordumuzun yetişməsində müəllimlərin əməyi də sonsuzdur. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hər bir qəhramanın qarşısında müəllim qürurumuzla baş əyirik.

Bu gün bizlərə hər bir xüsusiyyəti ilə örnək olan, ölkəmizin şərəfini ucaldan, imzamızı imzalar içində var edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi də 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə “Qazax” Xeyriyyə İctimai Birliyinin dəyərli üzvləri adından təbrik edir, zati-alilərinə işlərində və şəxsi həyatında uğurlar diləyirik. Cənab Prezident əmək fəaliyyətinə müəllimliklə başlamış, müəllim adının ucalığını və şərəfini ən dərin və ən uca zövqlə yaşamış və yaşatmışdır. Çünki cənab Prezident müəllimlik adına ən yüksək dəyər vermiş dahi Heydər Əliyevdən tərbiyə almış və “mən dünyada müəllimdən yüksək ad tanımıram” deyən ulu öndərin bütün arzularını öz həyat fəaliyyətində əks etdirərərk ata vəsiyyətini şərəflə yerinə yetirmişdir. Məhz ona görə də bu gün ölkədə müəllimin adı, şərəfi, imici, missiyası gündən günə artmaqdadır. Çünki bu sahəyə güclü dövlət dəstəyi, möhkəm cəmiyyət dəstəyi vardır.

Əziz müəllimlər, bir daha sizləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin adından səmimi-qəlbdən təbrik edirəm! Müəllim adına layiq olan şərəfli müəllimlərin qarşısında baş əyərək, yolunuz daim uğurlu olsun deyirəm. Dünyadan köçən müəllimlərimizə Allahdan rəhmət, qalanlarına can sağlığı arzu edirəm.

Dərin sayğılar və hörmətlərlə,

“Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here