Tanınmış şair İbrahim İlyaslının atası dünyasını dəyişib

0
1093

Tanınmış şair, Prezident təqaüdçüsü, “Qazax” Xeyriyyə İctimai Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, həmçinin Azərbaycan Yazıçılar Birliyi “Poeziya Seksiyası” sədrinin müavini, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru, İbrahim İlyaslıya və Aşıq İlham Aslanbəyliyə ağır itki üz vermişdir. Ataları Hacıyev Musa Mustafa oğlu ömrünün 92 yaşında haqqa qovuşmuşdur.

Musa Hacıyev 15 mart 1930-cu ildə Qazax rayonunun Aslanbəyli kəndində doğulub. 1954-cü ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. Təyinatla indiki Göygöl rayonuna fizika müəllimi təyin edilib. Bir müddətdən sonra doğma Aslanbəyli kəndində fizika və riyaziyyat fənlərini tədris etməyə başlayıb. Qazax rayonunda qabaqcıl müəllim kimi tanınıb. 40 ildən çox bir müddət ərzində Aslanbəyli kənd orta məktəbində müəllim, direktor müavini kimi fəaliyyət göstərib. Dərs dediyi şagirdlər fizika elmi sahəsində böyük uğurlara imza atıblar.

Musa müəllim, həmçinin Azərbaycan ədəbiyyatını və aşıq sənətini dərindən bilən və onu təbliğ edən bir ziyalı, milli dəyərlərin qorunmasında xidmətləri olan bir aydınımız olub.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim VəliyevAzərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı kapitan Nicat Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Puşkin Əhmədov və Arzuman Abdulkərimov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Elçin Carçıyev, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Xalq artistləri Sabir Məmmədov, Həmidə Ömərova, Tariyel Qasımov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Varis Yolçuyev, professor Məqsəd Qocamanov, professor Rüstəm Kamal, Namiq İsmayılov,  Kamal Axundov, Ramiz Göyüşov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Nəsibov, Fikrət Hacıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, Ramil Göyüşov, Solmaz Kosayeva, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, şair Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair Məmməd Əfşan, Fərman Qəhrəmanov, Bəxtiyar Rüstəmoğlu, Aşıq Şaiq, Aşıq Avdı, Ceyhun Babaşov, Əli Rəhimov, Fərhad Əyyubov, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri adından şair İbrahim İlyaslıya və Aşıq İlham Aslanbəyliyə atası Musa müəllimin vəfat etməsi ilə əlaqədar başsağlığı verir, bu ağır günlərdə Tanrıdan onlara səbr, dözüm, dəyanət diləyirlər.

Allah rəhmət etsin.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here