Hərbi Dəniz Qüvvələri komandanı kontr-admiral Sübhan Bəkirova Prezidentin Sərəncamı ilə “vitse-admiral” ali hərbi rütbəsi verilib

0
412

Hərbi Dəniz Qüvvələri komandanı kontr-admiral Sübhan Kamal oğlu Bəkirova “vitse-admiral” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncam imzalamışdır.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlınski, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicad Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, AMEA-nın müxbir üzvü Arif Məmmədov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Xalq artisti Tariyel Qasımov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar müəllim Arzu Daşdəmirov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Akif Aşırlı, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, professor Məqsəd Qocamanov, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Əfşan, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Mədət Səttarov, professor Rüstəm Kamal, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər Məmməd Əfşan, İbrahim İlyaslı, Cığatel, Çiçək Mahmudqızı, rəssam Nəvai Metin, Zaməddin Həmişəyev, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, Səbinə Yusif, Ceyhun Babaşov, Rafail İncəyurd, Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Sübhan Kamal oğlu Bəkirovu Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə vitse-admiral hərbi rütbəsi alması münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırıq.

 Sübhan müəllim, biz Sizinlə fəxr edirik.

Bu gün Zəfər bayramı ərəfəsində Azərbaycan xalqı müqəddəs şəhidlərimizin ruhuna ehtiramlarını bildirərək, Vətən müharibəsində iştirak edən qəhrəmanların şücaət dastanları ilə qürur hissi keçirərək qələbənin ikinci ildönümünü qarşılayır. Məhz bu qələbənin qazanılmasında Ali Baş Komandana sadiq olan qəhrəmanlardan bir də siz olmusuz. Tanrı hər zaman başınızı uca etsin. 

P.S. Bəkirov Sübhan Kamal oğlu 4 avqust 1964-cü ildə Qazax rayonunun Ürükməzli kəndində anadan olub. Ali təhsilli hərbi mühəndisdir.

1982-1984-cü illərdə Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçib.

1993-cü ildən Azərbaycan Ordusu sıralarına hərbi xidmətə çağıralandək Qırmızı Bayraqlı Xəzər Hərbi Donanmasının 23 nömrəli hərbi zavodunda müxtəlif vəzifələrdə çalışmışdır.

1993-cü ildə Azərbaycan-Rusiya birgə hərbi müəssisəsi olan Xəzər gəmi təmiri zavodunun baş mühəndisi vəzifəsinə təyin olunmuşdur.

1997-ci ildən 2013-cü ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində və Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət etmişdir.

2014-cü ildə Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə hərbi gəmi təmiri zavodunun baş mühəndisi – zavod rəisinin müavini və həmin ildə hərbi gəmi təmiri zavodunun rəisi vəzifəsinə təyin olunmuşdur.

2016-cı ilin iyun ayında Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə Hərbi Dəniz Qüvvələri komandanının Maddi – Texniki Təminat üzrə müavini vəzifəsinə təyin edilmişdir.

18 fevral 2020-ci tarixində Müdafiə nazirinin müvafiq əmri ilə Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsinə təyin edilmiş və Hərbi Dəniz Qüvvələri komandanının vəzifəsinin icrasına buraxılmışdır.

12 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsinə təyin edilmişdir.

25 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə kontr-admiral ali hərbi rütbəsi verilmişdir.

Asudə vaxtlarında idmanla məşğul olmağı, şeir yazmağı, kitab oxumağı sevir.

Qeyd edək ki, Vitse-admiral Sübhan Kamaloğlu adı ilə “Səni axtarıram”, “Sevgisiz ömür”, “Gəmiçi ömrü” və yenicə çapdan çıxmış “Zəfər dolu fırtına” kitablatının da müəllifidir. 

Ailəlidir, 3 övladı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here