Professor Məhəbbət Dəmirçiyevanı 65 ilik yubiley münasibətilə təbrik edirik

0
1038

Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin üzvü, Bakı Dövlət Universiteti Müklü hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Məhəbbət Dəmirçiyevanın anadan olmasının 65 ili tamam olur.

Professor Məhəbbət Dəmirçiyeva ömrünün gözəl illərini elmə, təhsilə, gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. Onun əsas elmi tədqiqat sahəsi ailə hüququ və mülkü hüquq sahəsinə aid olduğundan onu cəmiyyətdə, sosial sferada daha yaxşı tanıyırlar. O, mütəmadi olaraq mətbuatda, televiziya və radioda tez-tez çıxışlar edərək sadə vətəndaşların üzləşdikləri problemlərlə bağlı qanunvericiliklə tənzimlənən məsələlərdən danışır, ona ünvanlanan çoxsaylı suallara və problemlərə aydınlıq gətirir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi digər dövlət qurumları ilə və ölkədə fəaliyyət göstərən QHT-lərlə birgə proqramlar hazırlayıb layihələr həyata keçirir. Bu tip layihələrin və proqramların həyata keçirilməsi zamanı hüquqi məsələlərdə, elmi mülahizələrdə daim öz kömək və məsləhətlərini əsirgəməyən professor Məhəbbət xanım Dəmirçiyeva hər zaman öz aktivliyi ilə fərqlənən alimlərdən olub.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə professor Məhəbbət Dəmirçiyeva 60 illik yubileyi münasibətilə “Fəxri fərman”la təltif olunmuşdur.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlınski, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicad Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, AMEA-nın müxbir üzvü Arif Məmmədov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Xalq artisti Tariyel Qasımov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar müəllim Arzu Daşdəmirov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Akif Aşırlı, professor Valeh Nəsibli, professor Məqsəd Qocamanov, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Əfşan, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Mədət Səttarov, professor Rüstəm Kamal, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər Məmməd Əfşan, İbrahim İlyaslı, Cığatel, Çiçək Mahmudqızı, rəssam Nəvai Metin, Zaməddin Həmişəyev, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, Səbinə Yusif, Ceyhun Babaşov, Rafail İncəyurd, Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından professor Məhəbbət Dəmirçiyevanı doğum günü 65 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırıq.

P.S. Məhəbbət Dəmirçiyeva 1964-1974-cü illərdə Daşsalahlı kəndində 1 №-li orta məktəbində oxumuşdur.
1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdır.
1981-1987-ci illərdə Türkmənistan SSR Nebet-Daq şəhərində gənc mütəxəssis kimi çalışmışdır.
O, 1996-cı ildə Tbilisi Dövlət Universitetində «Ailədə uşaqların tərbiyəsinin hüquqi və sosial problemləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır.

2003-cü ildə yenidən Tbilisi Dövlət Universitetində «Azərbaycan Respublikasında nigah hüquq münasibətlərinin aktual problemləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və 2008-ci ildə isə AR Prezidenti yanında AAK-sı tərəfindən nostrifikasiya olunmuşdur.
Hal-hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses, əmək və ekologiya hüququ kafedrasının professoru vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here