“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin üzvü, görkəmli alim, tarix üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, türkoloq, akademik Şahin Mustafayev Beynəlxalq Türk Akademiyasının Prezidenti seçilib.
Akademik Şahin Mustafayev bu vəzifəyə Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında 5 Prezidentin imzası ilə təyin edilib.
57 kitab müəllifi Şahin Mustafayev əvvəllər 6 il YUNESKO-nun Səmədqənddə yerləşən Beynəlxalq Orta Asiya Tədqiqatları İnstitutuna rəhbərlik edib. O, çoxsaylı konfrans və bir neçə beynəlxalq layihənin təşkilatçısı olub.
Qeyd edək ki, akademik Ziya Bünyadovun tələbəsi və davamçısı, 6 xarici dil bilən Şahin Mustafayev əski Osmanlı əlifbasından ən qiymətli mənbələri dilimizə çevirərək silsilə kitablar nəşr etdirib.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlınski, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicad Bədəlov, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, AMEA-nın müxbir üzvü Arif Məmmədov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, tanınmış jurnalist İbrahim Nəbioğlu, Şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Xalq artisti Tariyel Qasımov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar müəllim Arzu Daşdəmirov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Akif Aşırlı, professor Valeh Nəsibli, professor Məqsəd Qocamanov, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Əfşan, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Mədət Səttarov, professor Rüstəm Kamal, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, professor Məhəbbət Dəmirçiyeva, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər Məmməd Əfşan, İbrahim İlyaslı, Cığatel, Çiçək Mahmudqızı, rəssam Nəvai Metin, Zaməddin Həmişəyev, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, Səbinə Yusif, Ceyhun Babaşov, Rafail İncəyurd, Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından akademik Şahin Mustafayevi Beynəlxalq Türk Akademiyasının Prezidenti seşilməsi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırıq.
Şahin müəllim, biz Sizinlə fəxr edirik!
P. S. Şahin Məcid oğlu Mustafayev 7 fevral 1962-ci ildə Bakıda anadan olub. Əslən Qazax mahalının Qıraq Kəsəmən kəndindəndir.
1984-cü ildə Azərbaycan Dövlət Universiteti Şərqşünaslıq fakultəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb.
1985-1986 illərdə Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda elmi staj keçdikdən sonra həmin institutda aspiranturaya daxil olub.
1990-cı ildə aspiranturanı bitirib M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Asiya və Afrika ölkələri İnstitutununun nəzdində fəaliyyət göstərən Müdafiə şurasında “XVI əsrin birinci yarısında Kiçik Asiyanın şərq vilayətlərində Osmanlı sosial-siyasi strukturunun formalaşması” mövzusunda dissertasiya müdafiə edib və tarix elmləri namizədi elmi adını alıb.
2011-ci ildə Bakı Dövlət Universiteti Tarix fakultəsinin nəzdində fəaliyyət göstərən Müdafiə şurasında “XI-XV əsrlərdə Kiçik Asiyanın türk mühitində etnosiyasi proseslər” mövzusunda dissertasiya müdafiə edib və tarix üzrə elmlər doktoru elmi adını alıb.
1990-cı ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda müxtəlif elmi vəzifələrdə işləyib, hal-hazırda isə İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini tutur.
1999-cu ildə YUNESCO-nun “Hirayama – İpək Yolu” proqramı ilə Böyük Britaniyanın Oksford İslam Araşdırmaları Mərkəzində və Bodlean Kitabxanasında elmi tədqiqat işləri ilə məşğul olub.
2005-2006-cı illərdə Fulbright proqramı ilə ABŞ-ın İndiana Universitetində elmi tədqiqat aparıb.
2008-2013-cü illərdə YUNESKO-nun nəzdində Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun (Səmərqənd, Özbəkistan) direktoru vəzifəsində fəaliyyət göstərib.
2015-ci ildən etibarən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il Fərmanı ilə Azərbaycan Milli Ensiklopediyasının Redaksiya Heyətinin üzvü təyin edilib.
2014-2019-cu illərdə Respublika Elmi Tədqiqatları Əlaqələndirmə Şurasının nəzdində Tarix elmləri üzrə Problem şurasının sədri olaraq fəaliyyət göstərib, hal-hazırda isə Ümumi tarix üzrə elmi şuranın sədri vəzifəsini yerinə yetirir.
2016-cı ildə YUNESCO-nun İpək Yolu Online Platform proqramının Azərbaycan üzrə əlaqələndiricisi və Beynəlxalq bürosunun vitse-prezidenti vəzifələrinə seçilib.
Elmi əsərləri dünyanın bir sıra ölkələrində müxtəlif dillərdə dərc edilib. Bir çox beynəlxalq elmi konfransların iştirakçısı olub.