Rəssam Təranə Mustafayeva “Golden Tıme Talent” müsabiqəsinin qalibi olub

0
259

Beynəlxalq Muğam Mərkəzinin əməkdaşı, rəssam Təranə Mustafayeva “Golden Tıme Talent” müsabiqəsinin qalibi olub.

Mərkəzdən bildirilib ki, 68 nominasiya üzrə keçirilən müsabiqədə Təranə Mustafayeva rəssamlıq üzrə vitraj və interyer rəsmləri nominasiyalarında əsərlər təqdim edib. Müəllifin “Mələk” əsəri 1-ci, “Budda” əsəri 2-ci yerə layiq görülüb.

Qələbə sevincini bölüşən rəssam deyib: “Müsabiqə haqqında sosial şəbəkələrdən öyrəndim və istedadlı insanlarla yarışmaq istədim və qalib gəldim. Beynəlxalq dərəcəli diplom, heykəlcik və medalla mükafatlandırıldım. Bundan əlavə, İngiltərənin paytaxtı London şəhərində keçiriləcək sərgilərdə iştirak etmək imkanı qazandım”.

Qeyd edək ki, 7 ildir fəaliyyətdə olan “Golden Tıme Talent” dünyada yaradıcı kollektivlər və solo artistlər arasında populyar bir müsabiqədir. Müsabiqənin əsas özəlliyi London, Gürcüstan, Suriya, Yunanıstan, BƏƏ, Rusiya olmaqla 56 ölkədən seçilən münsiflər heyətidir. Bu mövsümdə dünyanın 17 ölkəsindən 5000-dən artıq iştirakçı 68 nominasiya üzrə yarışıb.

Məlumat üçün bildirək ki, “Golden Tıme Talent” müsabiqəsinin qalibi rəssam Təranə Həsən qızı Mustafayeva əslən Qazax mahalının Kəmərli kəndindəndir. Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvü tanınmış şairə Fəridə Ləmanın qardaşı qızıdır.

P. S. “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov İctimai Birliyin üzvləri və Qazax mahalının ziyalıları adından şairə Fəridə Ləmanın qardaşı qızı rəssam Təranə Mustafayevanı “Golden Tıme Talent” müsabiqəsinin qalibi olması münasibətilə təbrik edir, ona şəxsi həyatında və yaradıcılıq fəaliyyətində uğurlar arzulayırlar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here