Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin doğum günüdür

0
392

Bu gün “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvü, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacı oğlu Hacıyevin doğum günüdür. Onun 61 yaşı tamam olur.

Fuad Hacıyevin gənclərlə iş sahəsində səmərəli fəaliyyəti, bədən tərbiyəsi və idmanın inkişafında müstəsna xidmətləri olmuşdur. Ölkəmizdə idmanın inkişafında, Bakıda və Respublikamızın digər bölgələrində müasir tipli idman mərkəzlərinin tikilməsində və istifadəyə verilməsində, beynəlxalq səviyyəli yarışların keçirilməsində və gənclərlə aparılan məqsədyönlü iş sahəsində Fuad Hacıyevin xüsusi xidmətləri vardır.

Bu xidmətləri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən nəzərə alınaraq 2015-ci il 2 mart tarixli 1079 nömrəli Sərəncamı ilə gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətinə görə 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2021-ci il Sərəncamı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illiyi münasibətilə Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Həmçinin Fuad müəllim bir qazaxlı kimi hər zaman el-obasının təəssübünü çəkən, ölkəsinə və dövlətinə sadiq əsl vətənpərvər insandır!

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov, Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicat Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, AMEA-nın müxbir üzvü Arif Məmmədov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlınski, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Xalq artisti Tariyel Qasımov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar müəllim Arzu Daşdəmirov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Akif Aşırlı, professor Valeh Nəsibli, professor Məqsəd Qocamanov, professor Məhəbbət Dəmirçiyeva, fizika elmləri doktoru Yusif Alıyev, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Əfşan, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Mədət Səttarov, professor Rüstəm Kamal, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər Məmməd Əfşan, İbrahim İlyaslı, Cığatel İsaqızı, Çiçək Mahmudqızı, rəssam Nəvai Metin, Zaməddin Həmişəyev, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, Səbinə Yusif, Ceyhun Babaşov, Rafail İncəyurd, Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və bütün işlərində uğurlar diləyir.

Fuad müəllim, biz sizinlə fəxr edirik!

P.S. Hacıyev Fuad Hacı oğlu 27 yanvar 1962-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub.

1979-cu ildə 1 nömrəli kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə M.V.Lomonosov adına Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş və “Mühəndis-texnoloq” ixtisasına yiyələnmişdir. 1994-cü ildə ali siyasi təhsil almışdır – Bakı Sosial İdarəetmə və Politologiya İnstitutununu (hazırkı Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyası) fərqlənmə diplomu ilə bitirmiş və “Politoloq” ixtisasına yiyələnmişdir.

Təhsil aldıqdan sonra istehsalatda mühəndis texnoloq işləmiş, Azərbaycan Komsomol Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışmışdır. Müstəqillik dövründə Azərbaycan Respublikası Gömrük Xidmətində məsul vəzifələrdə çalışmışdır. 2006-2015-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışmışdır. 23 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru təyin edilmişdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here