Tanınmış iqtisadçı alim Məmməd Musayevi doğum günü münasibətilə təbrik edirik

0
250

Yanvarın 27-də “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, iqtisadiyyat üzrə elmlər doktoru, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi Şurası sədrinin müavini, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri, iqtisad elmləri doktoru Məmməd Qurban oğlu Musayevin doğum günüdür. Onun 68 yaşı tamam olur.

Məmməd Musayev Azərbaycan Respublikasında bank srktorunun inkişafında, ölkədə gedən iqtisadi islahatların icra edilməsinda böyük xidmətləri olan, ölkədə və dünyada böyük nüfuz sahibi olan tanınmış mütəxəssisdir. M.Musayev Beynəlxalq sahibkarlığın inkişafında fəal iştirakına və bu sahədə verdiyi böyük töhfələrə görə Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin Şura sədrinin (sədr Vasile Petru Tarle) müavini seçilib.

Həmçinin Məmməd müəllim bir qazaxlı kimi hər zaman el-obasının təəssübünü çəkən, “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən, ölkəsinə, dövlətinə sadiq əsl vətənpərvər insandır! 2020-ci ilin mart ayından başlayaraq Azərbaycanda da tüğyan edən koronavirus pandemiyası zamanı cənab Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına və bu çağırış əsasında “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədovun Qazax mahalının iş adamlarına, ziyalılara və imkanlı şəxslərə ünvanladığı müraciətinə dəstək olaraq onlarca sosial həssas təbəqəsindən olan ailələrə yardımlar etmişdir. Həmçinin Azərbaycan xalqının haqq savaşında – 44 günlük Vətən müharibəsi dövründə də Məmməd Musayev cəbhəyə, cəbhədə döyüşən əsgər və zabitlərimizə yardımlar edən şəxslərin ön sırasında idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 aprel 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Məmməd Musayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə Məmməd Musayev Azərbaycan iqtisadiyyatı qarşısındakı əvəzsiz xidmətlərinə görə “Xalq şairi Səməd Vurğun adına Diplom”la təltif olunmuşdur.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov, Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicat Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, AMEA-nın müxbir üzvü Arif Məmmədov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlınski, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Xalq artisti Tariyel Qasımov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar müəllim Arzu Daşdəmirov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Akif Aşırlı, professor Valeh Nəsibli, professor Məqsəd Qocamanov, professor Məhəbbət Dəmirçiyeva, fizika elmləri doktoru Yusif Alıyev, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Əfşan, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Mədət Səttarov, professor Rüstəm Kamal, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər Məmməd Əfşan, İbrahim İlyaslı, Cığatel İsaqızı, Çiçək Mahmudqızı, rəssam Nəvai Metin, Zaməddin Həmişəyev, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, Səbinə Yusif, Ceyhun Babaşov, Rafail İncəyurd, Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayevi doğum günü münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və bütün işlərində uğurlar diləyir.

Məmməd müəllim, biz sizinlə fəxr edirik!

P.S. Məmməd Qurban oğlu Musayev 27 yanvar 1955-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1972-ci ildə orta məktəbi, 1976-cı ildə isə D.Bünyatzadə adına Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə ilə bitirmişdir.1976-1984-cü illərdə Dövlət Bankının Azərbaycan Respublikası Kontorunda müxtəlif məsul vəzifələrdə çalışmış, 1984-cü ildən 1992-ci ilədək Dövlət Bankının Qaradağ şöbəsinin, Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi, 1992-ci ildən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının İdarə Heyətinin Sədri, 2001-ci ildən isə hal-hazıradək “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri vəzifəsində çalışır. M.Q.Musayevin rəhbərliyi altında Kredit Təşkilatında “kənd təsərrüfatı sahələrinin kreditləşdirilməsinin standart şərtləri” və qaydaları hazırlanmış, kənd təsərrüfatında sahibkarlıq subyektlərinin kreditləşdirilməsi həyata keçirilir.Onun təşəbbüsü ilə 1995-ci ildə Türkiyə Respublikasının ən böyük kənd təsərrüfatı bankı olan “Ziraat” Bankı və Aqrar Sənaye Bankının birgə təsisçiliyi ilə “Azər-Türk Bank” Birgə Səhmdar Kommersiya Bankı yaradılmışdır. Qardaş Türkiyə Respublikasının ən iri sığorta şirkətlərindən biri olan “Başak” Sığorta Şirkəti ilə birgə “Başak-İnam” Sığorta şirkəti də M.Musayevin təklifi ilə yaradılmışdır.Hazırda onun rəhbərlik etdiyi “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı, “Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Beynəlxalq Konfederasiya” (CİCA), Azərbaycan Sahibkarlar Konfederasiyası, Kənd Təsərrüfatı Kreditləri üzrə Avrasiya Assosiasiyası (EURACA), Sakit Okean Ölkələrinin Kənd Təsərrüfatı Kreditləri üzrə Beynəlxalq Təşkilat (APRAKA), Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikro Maliyyə Assosiasiyası, “Bakı Banklararası Valyuta Birjası”, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvüdür. M.Q.Musayev “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının Sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür. İşlədiyi müddət ərzində regionlarda sosial-iqtisadi inkişafın təmin edilməsi üçün kənd yerlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlərin verilməsi və bununla yeni iş yerlərinin açılması, əhaliyə göstərilən maliyyə-kredit xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə mövcud olan ən mütərəqqi üsulların tətbiq edilməsi istiqamətində xeyli işlər görmüşdür. M.Q.Musayev 1987-ci ildə “Dövlət Bankı əlaçısı” fəxri adına, 1998-ci ildə iqtisadi elmlər namizədi alimlik dərəcəsi adına, 2017-ci ildə isə iqtisad elmləri doktoru alimlik dərəcəsi adına layiq görülmüşdür. O, Respublikanın elmi və dövrü mətbuatında mütəmadi olaraq çıxış edir. Ailəlidir, üç övladı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here