Sultanxanım Nəsibovanı doğum günü münasibətilə təbrik edirik

0
420

Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü, dəyərli və əziz Sultanxanım Məhəmməd qızı Nəsibovanın doğum günüdür. Onun 65 yaşı tamam olur.

Sultanxanım Nəsibova uzun müddət bank sektorunda müxtəlif məsul vəzifələrdə – “Kapital bank”ın İnsan resursları departamentinin direktoru vəzifəsində çalışaraq bu sahənin inkişafına töhfələr vermiş bir mütəxəssis kimi tanınır. Həmçinin gözəl ailə başçısı, ictimai fəal Sultanxanım Nəsibova təşkilati-quruculuq işlərində də böyük təcrübəyə malikdir.

Sultanxanım yaşadığı ömürdə hər zaman nəcib əməlləri, xeyirxah işləri, gösəl dostluğu, səmimi münasibəti ilə bir çoxlarından fərqlənib, seçilib. “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində fəal iştirak etdiyinə görə və anadan olmasının 60 illiyi münasibətilə 2018-ci ildə “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə Sultanxanım Nəsibova Birliyin “Fəxri fərman”ı ilə təltif edilmişdir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov, Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicat Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, AMEA-nın müxbir üzvü Arif Məmmədov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlınski, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov,Şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Tarıyel Qasımov, Xalq artisti Həmidə Ömərova, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar müəllim Arzu Daşdəmirov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Akif Aşırlı, professor Valeh Nəsibli, professor Məqsəd Qocamanov, professor Məhəbbət Dəmirçiyeva, fizika elmləri doktoru Yusif Alıyev, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Əfşan, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Mədət Səttarov, professor Rüstəm Kamal, rəssamlar Qafar Sarıvəlli, Nəvai Metin, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər Məmməd Əfşan, İbrahim İlyaslı, Rafail İncəyurd, Cığatel İsaqızı, Çiçək Mahmudqızı, Zaməddin Həmişəyev, həkim Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, Səbinə Yusif, Ceyhun Babaşov,  Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Sultanxanım Nəsibovanı doğum günü, anadan olmasının 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və bütün işlərində uğurlar diləyir.

Sultanxanım, biz sizinlə fəxr edirik!

P.S. Sultanxanım Nəsibova 16 fevral 1958-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olub.

Ailəlidir, 2 övladı, 3 nəvəsi var.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here