Qazax mahalına ağır itki üz vermişdir.

Məşhur Babanlılar soyunun tanınmış nümayəndəsi, ömrünü müəllimliyə, təhsilə, təhsil təşkilatçılığına həsr etmiş, cəmiyyət üçün ləyaqətli övladlar və şəxsiyyətlər yetişdirmiş Baba Mahmud oğlu Babanlı ömrünün 96-cı ilində haqqın dərgahına qovuşmuşdur. Qeyd edək ki, Baba Babanlı akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü, professor Məhəmməd Babanlının və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlının atasıdır.

Baba Mahmud oğlu Babanlı 1927-ci ildə Qazax rayonun Şıxlı elində, Qazax mahalının ziyalı ailələrindən olan Babanlılar ailəsində dünyaya göz açıb.

Orta məktəbdə təhsil aldığı ilk illərdən müəllim olmağı arzulayan Baba Babanlı çalışqanlığı, zəhmətzsevərliyi sayəsində bu nəcib məqsədinə çatmış, dövrünün tanınmış pedaqoqlarından, məktəb qurucularından biri kimi tanınmışdır. Ömrünün 40 ildən çoxunu Saatlı rayonunda kənd məktəbində müəllim, direktor müavini və direktor kimi çalışmış Baba Babanlı tükənməz enerji ilə savadsızlığın aradan qaldırılması, Vətənimiz üçün layiqli, təhsilli gənc kadrların yetişdirilməsinə özünün töhfəsini vermişdir. O işlədiyi yerlərdə yorulmaz, fədakar fəaliyyəti sayəsində ictimaiyyət və xalqın böyük rəğbətini qazanmışdır. Baba müəllim riyaziyyat müəllimi kimi ömür-gün yoldaşı, həmin məktəbin ədəbiyyat müəllimi Dünya xanımla birgə işləmişdilər.

Təqaüdə çıxdıqdan sonra doğma elinə-obasına qayıdan Baba Babanlı müxtəlif vəzifələrdə çalışıb, Ağstafa rayonunun ictimai həyatında fəal rol oynayıb. Gənclər Ağstafa rayonunun ziyalı ağsaqqallarından biri kimi Baba müəllimə daim mürəciət edib, o da özünün nəsihət və tövsiyələrini gənc nəsldən əsirgəməyib.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov, Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicat Bədəlov, akademik Şahin Mustafayev, akademik Bilal Bilalov, AMEA-nın müxbir üzvü Arif Məmmədov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlınski, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar müəllim Arzu Daşdəmirov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Akif Aşırlı, Əməkdar incəsənət xadimi Barat Vüsal, professor Vilayət İsmayıl, professor Valeh Nəsibli, professor Məqsəd Qocamanov, professor Məhəbbət Dəmirçiyeva, fizika elmləri doktoru Yusif Alıyev, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Əfşan, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Mədət Səttarov, professor Rüstəm Kamal, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər İbrahim İlyaslı, Məmməd Əfşan, Cığatel İsaqızı, Çiçək Mahmudqızı, rəssam Nəvai Metin, Zaməddin Həmişəyev, Yusif Rəhimov, Qəvvaz Əhmədov, Firuddin Orucov, Səməd Nəbiyev, Fərid Bayramlı, Allahverən Dəmirov, Səbinə Yusif, Ceyhun Babaşov, Rafail İncəyurd, Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından professor Məhəmməd Babanlıya, professor Mustafa Babanlıya və Nizaməddin Babanlıya ataları Baba Babanlının dünyasını dəyişməsilə əlaqədar dərin hüznlə başsağlığı verir, onlara bu çətin günlərdə Allahdan səbr, dözüm və dəyanət diləyirlər.

Allah rəhmət etsin!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here