Tanınmış jurnalist İsmayıl Umudlunın qardaşı dünyasını dəyişib

0
1031

Qazax rayon pedaqoji ictimaiyyətinə ağır itki üz vermişdir. Ömrünün 45 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş Vəliyullah Balı oğlu Umudov 29 may 2023-cü ildə 78 yaşında həyata gözlərini yummuşdur.

Vəliyullah Umudov 6 oktyabr 1945-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulmuş, kənd orta məktəbində oxumuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) fizika fakültəsini bitirdikdən sonra müəllimlik fəaliyyəti böyük ənənələri olan Yuxarı Salahlı kənd orta məktəbi ilə bağlı olmuşdur. Əsasən fizika fənnini tədris edir, bacarıqlı pedaqoq kimi tanınrdı. Xeyli müddət tədris işləri üzrə direktor müavini, 1989-2002-ci illərdə isə məktəbin direktoru idi. Daha sonra – pensiyaya çıxanadək sıravi müəllim kimi fəaliyyətini davam etdirirdi. Təcrübəli müəllim kimi rayonun pedaqoji ictimaiyyətinin, məktəb kollektivinin və kənd sakinlərinin dərin hörmətini qazanmışdı.

Vəliyullah Umudovun direktor işlədiyi illər çətin və qarışıq dövrə təsadüf etsə də, məktəbdə təlim-tərbiyənin və təhsilin səviyyəsini, ənənələri qoruyub saxlamağı bacardığını kənd camaatı ehtiramla yad edir.

Qeyd edək ki, Vəliyullah Umudov tanınmış jurnalist, tədqiqatçı alim İsmayıl Umudlunun qardaşıdır.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin Ağsaqqallar Şurasının sədri Xalq şairi Nəriman Həsənzadə və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından tarixçi alim İsmayıl Umudluya qardaşı Vəliyullah Umudovun dünyasını dəyişməsilə əlaqədar dərin hüznlə başsağlığı verir, onlara bu çətin günlərdə Allahdan səbr, dözüm və dəyanət diləyirlər.

Allah rəhmət eyləsin.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here