Bu gün vitse-admiral Sübhan Bəkirovun doğum günüdür

0
464

Bu gün hər birimizin fəxri olan eloğlumuz, “Qazax” Xeyriyyə İctimai Birliyinin fəxri üzvü, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirovun doğum günüdür. Onun 59 yaşı tamam olur.

Ömrünü Azərbaycan Hərbi Dəniz Donanmasının inkişafına həsr edən, doğma Xəzərimizdə Azərbaycan donanmasının yaradılmasına, güclənməsinə həsr etmiş kontr-admiral Sübhan Bəkirov bu gün də öz vəzifəsində dövlətinə şərəf və ləyaqətlə xidmət edir.

Qeyd edək ki, Sübhan Bəkirov “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində də daim yaxından iştirak edir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicat Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, AMEA-nın müxbir üzvü Arif Məmmədov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlınski, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar müəllim Arzu Daşdəmirov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Akif Aşırlı, Əməkdar incəsənət xadimi Barat Vüsal professor Valeh Nəsibli, professor Məqsəd Qocamanov, professor Məhəbbət Dəmirçiyeva, fizika elmləri doktoru Yusif Alıyev, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Əfşan, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Mədət Səttarov, professor Rüstəm Kamal, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər Məmməd Əfşan, Cığatel İsaqızı, Çiçək Mahmudqızı, rəssam Nəvai Metin, Zaməddin Həmişəyev, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, Səbinə Yusif, Ceyhun Babaşov, Rafail İncəyurd, Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Kamal oğlu Bəkirovu doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırıq.

Sübhan müəllim, Sizinlə fəxr edirik!

Həmçinin qeyd edək ki, sabah, yəni 5 Avqust tarixi Azərbaycan Respublikasında Hərbi Donanma Günü kimi qeyd olunur. Bu münasibətlə vitse-admiral Sübhan Bəkirovu və rəhbərlik etdiyi heyəti peşə bayramları münasibətilə təbrik edirik.

İnşallah, gələn il Sübhan müəllimin 60 illik yubileyi “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarına uyğun olaraq təntənəli şəkildə qeyd olunacaq.

 

P.S. Bəkirov Sübhan Kamal oğlu 4 avqust 1964-cü ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olub. Ali təhsilli hərbi mühəndisdir.

1982-1984-cü illərdə Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçib.

1993-cü ildən Azərbaycan Ordusu sıralarına hərbi xidmətə çağıralandək Qırmızı Bayraqlı Xəzər Hərbi Donanmasının 23 nömrəli hərbi zavodunda müxtəlif vəzifələrdə çalışmışdır.

1993-cü ildə Azərbaycan-Rusiya birgə hərbi müəssisəsi olan Xəzər gəmi təmiri zavodunun baş mühəndisi vəzifəsinə təyin olunmuşdur.

1997-ci ildən 2013-cü ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində və Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət etmişdir.

2014-cü ildə Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə hərbi gəmi təmiri zavodunun baş mühəndisi – zavod rəisinin müavini və həmin ildə hərbi gəmi təmiri zavodunun rəisi vəzifəsinə təyin olunmuşdur.

2016-cı ilin iyun ayında Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə Hərbi Dəniz Qüvvələri komandanının Maddi – Texniki Təminat üzrə müavini vəzifəsinə təyin edilmişdir.

18 fevral 2020-ci tarixində Müdafiə nazirinin müvafiq əmri ilə Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsinə təyin edilmiş və Hərbi Dəniz Qüvvələri komandanının vəzifəsinin icrasına buraxılmışdır.

12 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsinə təyin edilmişdir.

25 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə kontr-admiral ali hərbi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 4 noyabr 2022-ci ildə kontr-admiral Sübhan Kamal oğlu Bəkirova “vitse-admiral” ali hərbi rütbəsi verilmişdir.

 

Asudə vaxtlarında idmanla məşğul olmağı, şeir yazmağı, kitab oxumağı sevir.

Ailəlidir, 3 övladı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here