Natəvan Dəmirçioğlu “Tərəqqi” medalı ilə təltif edilmişdir

0
321

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ziyalı qadınlar “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Həmin Sərəncama əsasən “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun direktor müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, media üzrə ekspert Atamoğlanova Natəvan Dəmirçi qızı (Natəvan Dəmirçioğlu) “Tərəqqi” medalı ilə təltif edilmişdir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Natəvan xanımı “Tərəqqi” medalı ilə təltif edilməsi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırlar.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, o cümlədən Qazax mahalının ziyalıları və Azərbaycanın hüdudlarından kənarda yaşayan qazaxlılar Natəvan Dəmirçioğlunun Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətini yüksək qiymətləndirdirdiyinə görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here