Xalq artisti Tarıyel Qasımovu doğum günü münasibətilə təbrik edirik

0
1649

Bu gün “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq artisti Tariyel İsgəndər oğlu Qasımovun 79 yaşı tamam olur. Tariyel Qasımov aktyor kimi onlarca kinoda, teatrda oynadığı rollarla minlərlə tamaşaçı rəğbətini, sevgisini qazanmış böyük sənətkardır. Onun yaratdığı ölməz obrazlar Azərbaycan kino tarixi səlnaməsində xüsusi çəkisi olan rollar olub. Çünki Tarıyel Qasımov hər zaman çəkildiyi kinolarda özünəməxsus rollar ifa edib. Bu da Tarıyel müəllimi bir çox sənətkarlardan fərqləndirən üstün cəhətlərdən biridir.

Həmçinin Tariyel müəllim bir ziyalı kimi hər zaman el-obasının təəssübünü çəkən, “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən, ölkəsinə, dövlətinə sadiq əsl vətənpərvər insandır.

“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov İctimai Birliyin İdarə Heyətinin üzvləri və Qazax mahalının ziyalıları adından Xalq artisti Tariyel Qasıovu doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və yaradıcılıq işlərində uğurlar arzulayır.

 

P.S. Tariyel İsgəndər oğlu Qasımov 4 fevral 1939-cu ildə Ağstafanın Köçəsgər kəndində anadan olub. 1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. Bədən Tərbiyəsi İnstitutunda təhsil aldığı zaman Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayıb. İkinci kurs tələbəsi ikən Gənc Tamaşaçılar Teatrında tamaşada rol alıb. Teatr müdriyyətinin məktubu ilə 1960-cı ildə köçürülmə yolu ilə sənədlərini Teatr İnstitutuna verib. Kino və dram aktyorluğu fakültəsinə – Rza Təhmasibin kursuna qəbul olunub. Üçüncü kursda ikən Dram Teatrına işə qəbul olunub. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1964-cü il oktyabr ayının 1-dən (müəyyən fasilələrlə) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2 il GTT-da işlədikdən sonra Naxçıvan Dövlət Musiqli Dram Teatrına dəvət olunub. 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan Teatrının ilk aktyorlarından olub. 1968-ci ildə yenə də Bakıya qayıdıb, kinostudiyada rejissor assistenti kimi işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrına qayıdıb. 1997-ci ildən Qazax Dövlət Dram Teatrına bədii rəhbər və direktor göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrında çalışır. Azərbaycanfilmdən başqa Türkmənfilm, Tacikfilm, Özbəkfilm, Mosfilm, DEFA (Almaniya) studiyalarında filmlərə çəkilib: “Rüstəm və Söhrab” (1969-1971, Tacikfilm, 3 seriyalı), “Qızıl rəngi” (1975, Türkmənfilm), “Çilidə gecə” (1982, Mosfilm), “Əlvida, yaşıl yay” (1983, Özbəkfilm), “Həyatın mənası” (1983, Özbəkfilm, 2 seriyalı), “Odlu yollarla” (1981-1983, Özbəkfilm, 17 seriyalı), “Sahib” (1983, Özbəkfilm), “Sonya raport verir” (1983, 2 seriyalı, DEFA (Almaniya). Əməkdar artist (1979), xalq artistidir (1991).

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here