“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri İlham Pirməmmədov Milli Mətbuat Günü münasibətilə mətbuat işçilərini təbrik edib

0
1382

“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov 22 İyul – Milli Mətbuat Günü münasibətilə jurnalistləri və mətbuat işçilərini təbrik edib.

“Əziz dostlar, hörmətli jurnalistlər, dəyərli mətbuat işçiləri! Sizin hər birinizi 22 iyul – Milli Mətbuat Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə çətin, şərəfli, eyni zamanda məsuliyyətli vəzifənizdə uğurlar yeni-yeni nailiyyətlər arzulayıram. Əsası 1875-ci ildə Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə başlanan mətbuatımız üzərində sönməz, əbədi bir nur parladı. Bu nurdan hər birinizə bir pay ərmağan oldu. Hər biriniz ölkəmizin inkişafı, dövlətimizin möhkəmlənməsi, dövlətçiliyimizin təbliğatı naminə böyük işlər gördünüz. Azad ölkənin, azad mətbuatının yazarları kimi azad sözə söykənib yaradıcılıq fəaliyyətinizi öz peşə fəaliyyətinizin ən şərəfli zirvəsinə ucaltdınız. Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu yönündə atdığı böyük addımları layiqincə ölkədə və dünyada tərənnüm etdiniz. Bu gün də ölkədə aparılan uğurlu siyasətdə hər zaman ölkə prezidenti cənab İlham Əliyevlə həmrəylik nümayiş etdirərək daha böyük amallar uğrunda yorulmadan çalışırsınız. Sizlərin sayəsində cəmiyyətimiz heç bir şaiyələrə uymadı, həqiqəti ən qısa zaanda öz gözləri ilə gördülər. Sizlərin əksəriyyəti bədxah qüvvələrə qarşı tutarlı zərbələr endirdiniz. Budur dövlətə sevgi, peşəyə sevgi. Bu gün sizlərə ölkə prezidentinin böyük diqqət və qayğısı da açıq-aydın hiss olunmaqdadır. Cənab prezident jurnalistlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması istiqamətində növbəti təqdirəlayiq addım atdı ki, məhz bunun nəticəsində 255 ailə yeni mənzillə təmin olundu. Jurnalistlər üçün inşa olunan yeni binada mənzil sahibi olan hər bir jurnalistimizin sevincinə şərik oluram. Əlbəttə, heç vaxt çəkilən zəhmət yerdə qalmır və nə zamansa öz bəhrəsini verir. Bu gün də sizlər illərlə çəkdiyiniz əziyyətin, zəhmətin bəhrəsini gördünüz. İnanıram ki, hələ bundan sonra da ölkəmizin inkişafı naminə görəcəyimiz böyük işlərdə sizlərin də əvəzsiz töhfələriniz və xidmətləriniz olacaq. Əminəm ki, bu xidmətləriniz naminə də daim dövlət tərəfindən öz layiqli dəyərinizi alacaqsıznı. İnanırıq ki, Sizlər milli mətbuatımızın banisi unudulmaz Zərdabinin maarifçilik ənənələrini hər zaman uca tutaraq, bu yolda dövlətimiz və dövlətçiliyimiz naminə böyük işlər görəcəksiniz.

Bayramınız mübarək, əziz jurnalistlər!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here