General-leytenant Kərim Vəliyev Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib

0
3042

General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlı, Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadə, Kənd Təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən müharibəsi qəhrəmanı kapitan Nicat Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Elçin Carçıyev, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar jurnalist Varis Yolçuyev, polkovnik Namiq İsmayılov, Xalq artistləri Sabir Məmmədov, Həmidə Ömərova, Tariyel Qasımov, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, professor Məqsəd Qocamanov, Ramiz Göyüşov, professor Rüstəm Kamal, Kamal Axundov, Rövşən Babanlı, Fikrət Hacıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Raliz Qaravəliyev, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, şair Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair Məmməd Əfşan, şair İbrahim İlyaslı, Fərman Qəhrəmanov, Bəxtiyar Rüstəmoğlu, Ceyhun Babaşov, Əli Rəhimov, Fərhad Əyyubov, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından general-leytenant Kərim Vəliyevi Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilməsi münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı arzulayır və bütün işlərində uğurlar diləyirlər.

General-leytenant Kərim Vəliyevə yüksək etimad göstərdiyinə görə Qazax mahalının ziyalıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin təşəkkür minnətdarlıqlarını bildirərək qeyd edielər ki, qazaxlılar hər zaman olduğu kimi bu gün də möhtərəm Prezidentimizin uğurlu siyasətini birmənalı şəkildə dəstəkləyir və daim onun ətrafında yumruq kimi sıx birləşiblər.

Cənab general, biz sizinlə fəxr edirik!

P. S. Vəliyev Kərim Tofiq oğlu 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub. 1982-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib.

1982-1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib.

1990-1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, hərbi birlik komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib.

14.05.2014-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

Aprel döyüşlərinin, Tovuz döyüşlərinin, Vətən Müharibəsinin ən qaynar nöqtəsinin iştirakçısı olub. Zəfər tariximizin gerçəkləşməsində Kərim Vəliyevin xüsusi xidmətləri var.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 01.01.1994-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, 24.06.2005-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı, 25.06.2012-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı, 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Zəfər” ordeni, 24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı və 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.

Ailəlidir. İki övladı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here