Professor Rüstəm Kamalı 60 illik yubileyi münasibətilə təbrik edirik

0
791

Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, tənqidçi, ədəbiyyatşünas, esseist, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Azərbaycan dili” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Rüstəm Kamal oğlu Rəsulovun (Rüstəm Kamal) doğum günü, 60 illik yubileyidir.

Gözəl əsərləri, geniş tədqiatı, tənqidi fikirləri və ictimai fəaliyyəti ilə cəmiyyətdə və xüsusən də Azərbaycan ədəbiyyatında özünəməxsus nüfuz qazanan Rüstəm Kamal bu gün də yorulmadan, usanmadan elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Rüstəm Kamal hazırda böyük şövqlə Bakı Slavyan Universitetində Azərbaycan ədəbiyyatı fənnindən tələbələrə mühazirələr oxuyur.

Həmçinin Rüstəm Kamal dəyərli alim, ziyalı kimi daim Qazax mahalının təəssübünü çəkən, el-obasına bağlı, “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən ləyaqətli bir insandır.

 

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlınski, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicad Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Xalq artisti Tariyel Qasımov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar müəllim Arzu Daşdəmirov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar həkim Şərif Şahməmmədov, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, professor Məqsəd Qocamanov, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Nəsibov, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər Məmməd Əfşan, İbrahim İlyaslı, Rafail İncəyurd, Zaməddin Həmişəyev, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, Səbinə Yusif, Ceyhun Babaşov, Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından professor Rüstəm Kamalı doğum günü, 60 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırıq.

 

P.S. Rüstəm Kamal oğlu Rəsulov 2 iyul 1962-ci ildə Rustavi şəhərində anadan olub.

1979-cu ildə Qazaxın İkinci Şıxlı kənd orta məktəbində bitirmişdir. İmmaniul Kant adına Rusiya Dövlət Universitetinin filologiya fakültəsini və  aspirantura, doktoranturasını bitirib.

Filologiya elmləri doktorudur. Azərbaycanın müxtəlif ali məktəblərində müxtəlif vəzifələrdə (kafedra müdiri, dekan) çalışıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professorudur. 2010-cu ildə Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 2001, 2011-ci illərdə Prezident təqaüdçüsü, “Qızıl Kəlam” mükafatı laureatı olmuşdur.

Bir çox monoqrafiyaların və filoloji esselərin müəllifidir.

Ailəlidir, 1 oğlu, 1 qızı var.

Əsərlərindən:

“Oğuz ruhu: bərpa və yozum”. Bakı, 1996

“Kitabi Dədə Qorqud”: “arxaik ritual semantikası”. Bakı, 1999

“Kitabi Dədə Qorqud” və “İqor Polku haqqında dastan: janrın hermenevtikası”. Bakı, 2003

“Ömür-inanc mətni”. Bakı, 2010

“Zəlimxan Yaqub : inanc işığı”. Bakı, 2010,

“Yazdan mifə” Bakı,2010

“Sözü işığa danışdım” Bakı, 2012

“Kitabi Dədə Qorqud” nitq janrları və davranış poetikası Bakı, 2013 çap olunmuşdur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here