Məlum olduğu kimi, 1801-ci ildə Qazax-Şəmsəddil sultanatı Gürcüstanla birlikdə Rusiyanın tərkibinə qoşulmuşdur. Qazax-Şəmsəddil sultanatı 1819-cı ildə ləğv olunmuş və onun ərazisi Qazax və Şəmsəddil distansiyalarına bölünmüşdür. 1841-ci ilin inzibati islahatları nəticəsində Qazax distansiyası ləğv olunaraq ərazisi Yelizavetpol qəzasının tərkibinə qatılmışdır.

Qazax distansiyası dövründə bu diyar rus məmurları tərəfindən geniş tədqiq olunmağa başlandı. Belə dəyərli tətqiqatlardan biri 1836-cı ildə nəşr olunmuş “Обозрение Российских владений за Кавказом” toplusudur. Bu toplu maraqlı statistika, etnoqrafik, topoqrafik və maliyyə məlumatlarla zəngindi. Sənəddə Qazax haqqında, onun təbiəti və sakinləri haqqında cox maraqlı və nadir məlumatlar verilir.Burada toplunun Qazax distansiyasına aid hissəsini yükləmək olar (rus dilində, . pdf, 7MB).Kazax_distantsiya

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here