Azərbaycan aşıq sənətkarlığına ağır itki üz vermişdir.
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycanın və türk dünyasının ünlü sənətçisi, Prezident təqaüdçüsü, şifahi xalq yaradıcılığının mahir davamçısı Nəsibov Ədalət Məhəmmədəli oğlu 14 sentyabr 2017-ci ildə 78 yaşında haqqın dərgahına qovuşmuşdur. Ədalət Nəsibov Azərbaycan aşıq sənətində özünəəxsus izi və dəst-xətti olan ünlü sənətkar idi. Onun ifasında səslənən aşıq havaları Ədalət möhürbəndi kimi öz təsdiqini tapmışdır. Dədə Ədalət türk dünyasında ozan aşıq sənətinin inkişafında misilsiz xidmətlər göstərərək saz ifaçılığını yüksəkliklərə ucalda bilmiş bir sənətkar kimi daim qəlblərdə yaşayacaq.
Ustad Aşıq Ədalətin vəfatı ilə əlaqədar olaraq Qazax Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədovun və cəmiyyətin üzvləri adından, Qazax-Ağstafa ictimaiyyətyi adından mərhumun ailəsinə, yaxınlarına və Azərbaycan xalqına dərin hüzünlə başsağlığı veririk.
Qeyd edək ki, ustad Aşıq Ədalət Nəsibovla 15 sentyabr 2017-ci ildə saat 12:00-da Qazax rayon Mədəniyyət Mərkəsində vida mərasimi keçiriləcək və böyük sənətkar Qazax qəbiristanlığında dəfn ediləcək.
Allah rəhmət etsin!