Professor Əhməd Vəliyevi doğum günü münasibətilə təbrik edirik

0
2029

Bu gün “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvü, “Odlar Yurdu” Universitetinin rektoru, Azərbaycan Respublikası Milli Məclisinin III və IV çağırış deputatı, fizika-riyaziyyat elmləri doktoru, professor, “Şöhrət” ordeni laueratı Əhməd Vəliyevin doğum günüdür. Əhməd Vəliyev Azərbaycan Respublikasında təhsilin inkışafında xidmətləri olan, ölkədə və dünyada böyük nüfuz sahibi olan alimdir. Onun yaratmış olduğu “Odlar Yurdu” Universiteti hər zaman öz imicini qoruyan, hər il səviyyəsini artıran özəl ali məktəb olaraq yüksək reytinq qazanmışdır.

Похожее изображение

Həmçinin Əhməd müəllim bir qazaxlı kimi hər zaman el-obasının təəssübünü çəkən, “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən ziyalıdır. Ölkəsinə, dövlətinə, prezidentinə sadiq əsl vətənpərvər insandır!

“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə,  akademik Şahin Mustafayev, akademik Nizami Cəfərov İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından professor Əhməd Vəliyevi doğum günü və münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırlar.

Картинки по запросу Əhməd Vəliyev

P.S. Vəliyev Əhməd Abdulkərim oğlu 29 noyabr 1946-cı ildə Qazax rayonunun Alpoud kəndində anadan olmuş, 1964-cü ildə orta məktəbi bitirərək həmin ili Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakultəsinə daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun riyaziyyat kafedrasında laborant, baş laborant, laboratoriya müdri, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1990-1997-ci illərdə Bakı Sənaye-Pedaqoji texnikumunun direktoru vəzifəsində işləmişdir. 1995-ci ildə direktoru olduğu texnikumun bazasında Odlar Yurdu Universitetini yaratmışdır. Əhməd Vəliyev: Fizika-riyaziyyat elmləri namizədi, Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru (Ph.D), Fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini və Dossent, Professor elmi adlarını almışdır. Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü Sosial və pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. Əhməd Vəliyev yeni təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərinə görə Fransa İqtisadiyyatına Yardım Assosasiyasının qızıl medalına layiq görülmüşdür. İxtisası üzrə əllidən çox elmi məqalə, bir elmi monoqrafiya, onlarla dərslik və dərs vəsaitinin, eyni zamanda möhtərəm prezidentimiz cənab İlham Əliyevin hələ prezident olmadığı zamanda onun gələcək siyasi taleyi təkcə Azərbaycan üçün yox, dünya siyasi arenasında tutacağı yüksək mövqe, qazanacağı uğurlar haqqında proqnoz verdiyi siyasi publisistika janrında yazılmış “Bəsirət ünvani” adlı kitabın müəllifidir. Kitab latın və ərəb qrafikası ilə Azərbaycan dilində, Prezident seçkiləri qabağı 2003-cü ildə ingilis dilində çap olunmuşdur. Bundan başqa Azərbaycanın birinci xanımı, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva haqqında “Adının sahibi” kitabının da müəllifidir. Əhməd Vəliyev 2005-ci ildə III (31 saylı Suraxanı ikinci seçki dairəsindən), 2010-cu ildə isə IV (107 saylı Qazax seçki dairəsindən) çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. Milli Məclisin Elm və Təhsil məsələləri daimi komitəsinin üzvü olmuşdur. Eyni zamanda Azərbaycanla Almaniya, Litva, Çexiya, Türkiyə, Şimali İrlandiya, Gürcüstan Parlamentlərarası dostluq qrupunun üzvü və Cənubi Afrika dostluq qrupunun rəhbəri olmuşdur. Əhməd Vəliyev Odlar Yurdu Universitetinin qurucusu və 1997-ci ildən rektorudur.

Картинки по запросу Əhməd Vəliyev

Похожее изображение

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here