“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin hesabat tədbiri keçirilmişdir

0
3477

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə 16 yanvar 2019-cu ildə “Xarı bülbül” sarayında “Qazax” Xeyriyyə İctimai Birliyinin 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli hesabat tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov bildirdi ki, 2018-ci il ölkəmizin siyasi, iqtisadi və sosial həyatında əldə edilən nailiyyətlər hər bir vətəndaş kimi “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvlərini də sevindirmişdir. Bu uğurlar İctimai Birliyin fəaliyyətində də nəzərə çarpacaq dərəcədə hiss olunmuşdur. “Qazax” Xeyriyyə İctimai Birliyinin bir çox üzvü Respublikamızın iqtisadiyyatında, sənayesində, mədəniyyətində, dövlət quruculuğu sahəsində, elm və təhsil sahəsində göstərdiyi xidmətlərə görə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan sərəncamlarla fəxri adlara layiq görülmüş, orden və medallarla təltif edilmişlər.

Hörmətli tədbir iştirakçıları! Dəyərli qonaqlar!

Təbii ki, əldə olunan bu möhtəşəm uğurların təməlində sabitlik, iqtisadi rəqabətlilik qabiliyyəti güclü olan ölkə iqtisadiyyatı, güclü ordu, müstəqil və uğurlu xarici siyasət dayanır. Bu sabitliyi bizə bəxş etmiş Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevə Allahdan rəhmətlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya can sağlığı və uzun ömür arzu edirəm.

İcazənizlə hesabatıma başlamamışdan öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını qurban vermiş şəhidlərimizin, “Qazax” Xeyriyyə İctimai Birliyinin yaradılmasında əməyi olmuş dünyasını dəyişmiş üzvlərinin, xüsusən də yanvar ayının 11-də qəfil ölmü ilə bizləri sarsıdan Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, coğrafiya elmləri doktoru professor Vüsət Əfəndiyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət etsin!

 Əziz tədbir iştirakçıları, 2018-ci ildə çoxlu uğurlarımızın, dövlət təltiflərinin, yüksək vəzifə təyinatlarımızın olmasını nəzərə alaraq “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin iclasında İctimai Birliyin illik fəaliyyətinə həsr olunmuş hesabat toplantısının geniş formada keçirilməsini qərara aldıq.

Qeyd etdiyim kimi 2018-ci il ölkəmiz üçün əlamətdar hadisələrlə yaddaqalan bir dövr olmuşdur. Hamımıza məlumdur ki, 11 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasında növbədənkənar prezident seçkiləri keçirilmişdir. Seçkilərin təbliğat-təşfiqat dövründə biz də İctimai birliklərin icazə verilən formatında seçkilərlə bağlı tədbirlərimizi keçirdik və “Qazax” Xeyriyyə İctimai Birliyi olaraq prezidentliyə namizəd İlham Əliyev cənablarına dəstək olduğumuzu bildirdik. Seçicilərin böyük fəallığı ilə keçən seçkidə ölkə prezidenti cənab İlham Əliyev seçicilərin 86,02 % səsini qazanaraq növbəti 7 il müddətinə ölkə prezidenti seçilmişdir.

Biz də “Qazax” Xeyriyyə İctimai Birliyi olaraq böyük qələbə münasibətilə xalqımızı və prezidentimizi ürəkdən təbrik etdik. Bu haqda geniş təbrik mətnini İctimai Birliyin rəsmi internet səhifəsi olan www.qazaxib.az saytında yerləşdirdik (https://qazaxib.az/2018/04/19/az%C9%99rbaycan-respublikasinin-prezidenti-zati-alil%C9%99ri-c%C9%99nab-ilham-heyd%C9%99r-oglu-%C9%99liyev%C9%99/).

Diqqətinizə çatdırıram ki, bu il Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ölkənin hər yerində olduğu kimi, Qazax mahalında da böyük təntənə ilə qeyd edildi. Həmçinin hər birimizə məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Prezident cənab İlham Əliyev 2018-ci ili Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etmişdir. Buna müvafiq olaraq ölkəmizdə və xaricdə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı böyük tədbirlər keçirilmişdir. Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş möhtəşəm 26 iyun hərbi paradını

və Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə silahlı qüvvələrinin birgə hərbi paradını xüsusi qeyd etmək istərdim.

Tədbirdə iştirak edən insanlara baxaraq ürəyimdən keçən bir hissi Sizinlə bölüşmək istəyirəm: Nə yaxşı ki, Sizlər kimi qeyrətli, vətənpərvər, şərəfli insanlarla bir yerdəyik. Məlumdur ki, Qazax Xeyriyyə Cəmiyyəti Azərbaycanın ən çətin dövrlərində – 1990-cı ildə yaradılmışdır. O vaxt bu Cəmiyyətin fəaliyyətində çoxlu sayda vətənpərvər oğul və qızlarımız fəaliyyət göstərmişdirlər. Bu birliyin sayəsində Qazax və Ağstafanın işğal edilməsinin qarşısı alınmış və Qazaxdan bir nəfər də olsun başqa rayona gedən məcburi köçkünümüz olmamışdır. Yenə qeyd edirəm, bu gün burada bizimlə bir yerdə həmin vaxtlarda baş verən hadisələrin canlı şahidi olmuş insanlar iştirak edir. Mən ad çəkmədən Cəmiyyətin fəaliyyətində zərrə qədər də olsa əməyi olan hər kəsə “Qazax” Xeyriyyə İctimai Birliyi adından təşəkkürümü bildirirəm.

Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün “Qazax” Xeyriyyə İctimai Birliyi Qazax mahalının simvollarından birinə çevrilmışdir. Qazax və Ağstafa camaatı bizim gördüyümüz tədbirlər haqqında yaxından maraqlanır, xoş sözlərini, irad və tövsiyələrini bildirir, İctimai Birliyin mətbu orqanı olan “Dəli Kür” qəzetinin növbəti sayının çap olunmasını səbrsizliklə gözləyirlər. Son bir ildə “Dəli Kür” qəzetinin tirajı artırılaraq 750 nüsxəyə çatdırılmışdır. Onlardan Qazax və Ağstafa rayonlarının hər birinə 250 nüsxə göndərilir və orada pulsuz olaraq əhali arasında yayılır. Eyni zamanda, qəzetin hər bir nömrəsi İctimai Birliyin internet səhifəsində (www.qazaxib.az) yerləşdirilir.

Hesab edirəm ki, “Qazax” Xeyriyyə İctimai Birliyinin rəsmi qeydiyyatdan keçmiş üzvləri ilə bərabər, bütün Qazax mahalının camaatı da bizim İctimai Birliyin eynihüquqlu üzvləridir. Həmçinin İctimai Birliyin başqa rayonlardan olan çoxlu sayda üzvləri də vardır. Məsələn, bu gün tədbirimizdə bizimlə birgə iştirak edən Tariyel Qarayev Ağdam rayonunu, Fərhad Eyyubov Qəbələ rayonunu, Əsəd Cahangir Beyləqan rayonunu, Şəmil Sadiq Naxçıvan bölgəmizi, Eldar Əliyev və Afiq Əliyev isə Şuşa rayonunu təmsil edirlər.

Dəyərli tədbir iştirakçıları, nəzərinizə çatdırım ki, bugünkü tədbirimizdə “Qazax” Xeyriyyə İctimai Birliyinin 150-dən çox üzvü iştirak edir. Qazax rayon İcra Hakimiyyətinin başcısı, əziz dostum, hamımızın sevimlisi Rəcəb Babaşovu, Milli Məclisin deputatları Kamran Nəbizadəni, Ülviyyə Ağayevanı, Xalq şairi Nəriman Həsənzadəni, akademik Teymur Bünyadovu, akademik Nizami Cəfərovu, akademik Şahin Mustafayevi, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlını, professor Əhməd Vəliyevi, Qazax mahalının tarixinin dərin bilicisi, tədqiqatçı-araşdırmaçı Şəmistan Nəzirlini, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevi, Kənd Təssərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilovu, 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi nin direktoru Labidə Batıyaeanı, bacısı Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyevanı, Xalq artisti Tarıyel Qasımovu, sabiq ordu korpusu komandiri general-mayor Mahmud Həmzəyevi, uzun illər “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri olmuş Vidadi Bayramovu, dahi şairimiz Səməd Vurğunun nəvəsi, Yusif Səmədoğlunun qızı Humay Vəkilovanı, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədlini, tibb elmləri doktoru Çingiz Qasımovu, Əməkdar Elm Xadimi, professor Qəzənfər Paşayevi, professor Şirindil Alışanlını, tanınmış inşaat mütəxəssisi İsmayıl Məmmədovu, Qazax Müəllimlər Seminariyasının məzunu Qənirə Mehdixanlını, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovu, Gəncə Dövlət Universitetinin prorektoru Fəxrəddin Həsənovu, həkim Mehman Qurbanovu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlını, filologiya elmləri doktoru İslam Sadiqi, Bakı şəhər tam orta məktəbin direktorlarını, cənab prezidentin sərəncamları ilə təltif olunmuş Qazax və Ağstafa rayonlarından gəlmiş müəllimləri və digər hörmətli, dəyərli iş adamlarımızı, alimlərimizi, həkim və hərbçilərimizi, təhsil işçilərimizi salamlayaraq, hər birinizə xoş gəlmişsiniz deyirəm. Biz Sizinlə fəxr edirik!

Həmçinin bu gün bizim hesabat tədbirimizdə Rusiyada yaşayan Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti dəyərli eloğlumuz, dostumuz Şahin Şıxlınski də öz dostları ilə iştirak edir. Hər birinizin adından Şahin müəllimi də salamlayaraq onlara işlərində uğurlar arzulayıram. Həmçinin biz xaricdə yaşayan üzvlərimizin də İctimai Birliyin həyata keçirdiyi işlər haqqında məlumatlı olması üçün həm saytımızda (www.qazaxib.az) xəbərlər yerləşdiririk, həm də “Dəli Kür” qəzetinin elektron formasını saytda yerləşdiririk. Onu da qeyd edim ki, biz xaricdə yaşayan soydaşlarımızın fəaliyyətləri ilə bağlı, onların keçirdikləri tədbirlərlə bağlı saytımızda, qəzetimizdə məlumatlar yerləşdirəcəyik. Həmin soydaşlarımızı mütamadi olaraq İctimai Birliyimizin tədbirlərinə dəvət edəcəyik.

Bu gün tədbirimizdə müəyyən səbəblərdən iştirak edə bilməyən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı hörmətli Məhərrəm Quliyevin, Binəqədi rayon Polis İdarəsinin rəisi polkovnik Namiq İsmayılovun, Müdafiə Nazirliyinin İdarə rəisləri general-mayor Məmməd Eminovun, general-mayor Namiq Poladovun salamlarını Sizlərə yetirir, həmçinin silzərin də salamını onlara yetiririəm. Onu qeyd edim ki, üzrlü səbəblərdən məclisimizə gecikən qonaqlarımızdan Millət vəkilləri Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Xalq rəssamı Natiq Əliyev, Xalq artisti Həmidə Ömərova mərhum aktrisamız Amaliya Pənahovanın xatirəsinə həsr olunmuş dövlət tədbirində iştirak edirlər. Onlar da yaxın dəqiqələrdə bizlərlə bir yerdə olacaqlar.

Əziz tədbir iştirakçıları! İndi isə “Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən 2018-ci ildə görülən işlər haqqında bəzi məlumatları diqqətinizə çatdırmaq istəyirəm.

“Qazax” Xeyriyyə İctimai Birliyi 2018-ci ilin ilk tədbirini “Şöhrət” ordenli, Respublika Ağsaqqallar Şurasının sədr müavini, əməkdar elm xadimi, akademik Teymur Bünyadovun anadan olmasının 90 illik yubileyi münasibətilə və onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunması ilə bağlı silsilə tədbirlərlə başladı. Öncə 7 fevral 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında akademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirildi.

Fevral ayının 17-də isə “Qazax” Xeyriyyə İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Xarı bülbül” sarayında akademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunmuş geniş tədbir keçirildi. Tədbirdə AMEA və ali təhsil müəssisələrinin alimləri, Milli Məclisin deputatları, şairlər, incəsənət xadimləri və s. iştirak etdilər. Bizə sürpriz olaraq Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov, Agsfata rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubova və mahalımızdan gələn digər qonaqlar tədbirimizdə iştirak etdilər. Hörmətli Teymur müəllim! Siz həqiqətən də Qazax Xeyriyyə Cəmiyyətinin qurucularından və fəaliyyətində böyük əməyi olan bir qazaxlı kimi daim bizim qəlbimizdə əbədi yaşayacaqsınız. Biz Sizinlə fəxr edir və qürur duyuruq!

Növbəti tədbirimiz Novruz Bayramı ərəfəsində dahi Səməd Vurğunun anadan olmasının 112-ci ildönümü münasibətilə Fəxri Xiyabanda Səməd Vurğunun məzarı önündə “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri və Səməd Vurğunun Ev Muzeyinin əməkdaşları ilə birgə böyük izdihamlı tədbir keçirdik. Həmçinin Fəxri Xiyabanda uyuyan unudulmaz xalq yazıçıları Mehdi Hüseynin, İsmayıl Şıxlının, İsa Muğannanın və Yusif Səmədoğlunun, xalq şairi Vaqif Səmədoğlunun və digər eloğlularımızın da məzarlarını ziyarət edib, əklillər qoyduq.

21 mart tarixində “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin üzvləri də Azərbaycan Yazıçılar Birliyi Qazax Filialının sədri şair Barat Vüsalla birgə Qazaxda Xalq şairi Səməd Vurğunun Yuxarı Salahlıdakı Poeziya evində keçirilən tədbirdə iştirak etmişlər.

–  Mart ayının 23-də 11 aprel növbədənkənar Prezident seçkiləri ilə bağlı 31 martda “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri professor Mustafa Babanlı, professor Əhməd Vəliyev mənimlə bilikdə Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının Qazax və Ağstafa rayonlarında təşkil etdikləri seçkilərin təbliğat-təşviqat tədbirlərində aktiv formada iştirak etdik.

– 11 aprel növbədənkənar Prezident seçkilərinə dəstək kompaniyası ilə bağlı bağlı “Qazax” Xeyriyyə İctimai Birliyinin mərkəzi ofisində İctimai Birliyinin İdarə Heyətinin genişləndirilmiş tədbiri keçirilmişdir. Həmin tədbirdə Birliyimizin bütün üzvləri İlham Əliyevin namizədliyini dəstəklədiklərini və şeçkilərdə layiqli namizədə səs verəcəklərini bildirdilər.

– Aprelin 14-də Bərdə rayon İcra Hakimiyyəti və Bərdə rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Bərdə şəhərində Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayev adına 5 saylı tam orta məktəbin önündə Alı Mustafayevin büstünün açılış mərasimində İctimai Birliyin adından professor Rüstəm Kamal və İctimai Birliyin katibi Yusif Alıyev iştirak etmişdir.

Həmçinin onu da qeyd edim ki, “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyət planına uyğun olaraq mahalın tanınmış sənətkarları, şair və yazıçılarının doğum və anım günlərinin keçirilməsi də nəzərdə tutulmuşdur.

– 14 may 2018-ci ildə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Qazax” Xeyriyyə İctimai Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığı ilə birgə ustad aşıq Şıxlı Məhəmmədin (Dərya Məhəmməd) anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Həmin tədbir Azərbaycan Televiziyasının Mədəniyyət kanalında tam olaraq nümayiş etdirilmiş və mətbuatda tədbir haqqında geniş yazılar dərc edilmişdir.

– May ayının 27-də “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri və Səməd Vurğunun Ev muzeyinin əməkdaşları ilə birgə Xalq şairi Səməd Vurğunun anım günündə şairin məzarının ziyarət etdik.

– 15 iyun 2018-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışının 25-ci ildönümü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş “Milli Qurtuluşdan Zəfərə doğru” kütləvi vətənpərvərlik bayramında Birliyin üzvləri geniş tərkibdə iştirak etmişdir.

 – 1 iyulda “Qazax” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə Səməd Vurğunun Ev Muzeyində filologiya elmləri doktoru Məti Osmanoğlunun 60 illik yubileyi və yeni çap olunmuş kitablarının təqdimat mərasimi keçirildi.

– 12 iyul 2018-ci ildə “Xarı bülbül” sarayında “Qazax” Xeyriyyə İctimai Birliyinin 2018-ci ilin birinci yarımilinin yekunlarına həsr olunmuş genişləndirilmiş hesabat tədbiri keçirilmişdir. Tədbirdə İctimai Birliyimizin üzvləri olan akademik Teymur Bünyadov, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, tədqiqatçı-araşdırmaçı Şəmistan Nəzirli, general-mayor Məmməd Eminov, həmçinin Türkiyənin Süleyman Dǝmirǝl Universitetinin professoru, Mexanika üzrə Türk Milli Komitəsinin sǝdr müavini Abdulla Sofiyev, Almaniyanın Rostok Universitetinin doktoru Cavid Səfərov, ictimai-siyasi xadimlər, xaricdə təhsil almış həkim-uzmanlarımız da iştirak etmişdi.

Hesabat dinləməsi bitdikdən sonra filologiya elmləri doktoru Məti Osmanoğlunun 60 illik yubileyinə həsr olunmuş tədbir başladı. Tanınmış alimlər, ictimai xadimlər Məti müəllim haqqında öz ürək sözlərini və arzularını dedilər.

– 8 sentyabr 2018-ci ildə Xaçmaz rayon İcra Hakimiyyətinin, “Qazax” Xeyriyyə İctimai Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Xaçmaz rayonunda Şəxsiyyətlər parkında ustad Aşıq Ədalətin büstünün açılış tədbiri olmuşdur. Tədbirdə mənimlə bərabər Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, akademik Teymur Bünyadov, Yusif Alıyev, Rafail İncəyurd, Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı, Birliyin üzvləri Aşıq Şaiq, Aşıq Altay, Aşıq Avdı, Aşıq Bəhmən, iş adamı, xeyriyyəçi Akif Nəbiyev və Aşıq Ədalətin ailə üzvləri iştirak etmişdir.

Hamınıza məlumdur ki, Azərbaycanın və türk dünyasının böyük ozanı, ustad sənətkarı Aşıq Ədalət 14 sentyabr 2017-ci ildə dünyasını dəyişmişdir. Böyük sənətkar öz vəsiyətinə uyğun olaraq Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunmuşdur. Qazax rayon İcra Hakimiyyətinin və “Qazax” Xeyriyyə İctimai Birliyinin birgə dəstəyi ilə Xalq rəssamı Natiq Əliyev tərəfindən ustad sənətkarın qəbirüstü abidəsi hazırlanaraq qəbri üzərində ucaldılmışdır.

– 15 sentyabr 2018-ci ildə Qazax rayon İcra Hakimiyyətinin, “Qazax” Xeyriyyə İctimai Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuş Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun qəbirüstü abidəsinin açılış mərasimi keçirilmişdi. Tədbirdə akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Vidadi Bayramov, Rafael İncəyurd, Fikrət Hacıyev, Elxan Məmmədli, Məti Osmanoğlu, Yusif Alıyev, Zaməddin Ziyadoğlu, Məmməd Afşan, Qafar Sarıvəlli, Aşıq Altay, Şəmistan Nəzirli, Raliz Qaravəliyev, İbrahim İlyaslı, Vəli Xramçaylı, Bəxtiyar Rüstəmoğlu, Arif Əliyev, Varis Yolçuyev, Avdı Qoşqar, Sultanxanım Nəsibova, Dürdanə Vəkilova, Çiçək Mahmudqızı, İlhamə Qəsəbova, Cığatel İsaqızı, Azərbaycan Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, BDU Qazax filialının direktoru professor Vüsət Əfəndiyev, Firdovsi Umudov, İcra Hakimiyyəti aparatının işçiləri, bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər və kənd ağsaqqalları, qonaqlar və KİV nümayəndələri iştirak etmişdilər.

Həmçinin həmin gün Qazax rayon İcra Hakimiyyəti tərəfindən Mədəniyyət evinin qarşısında ustad aşıq Ədalət Nəsibovun dünyadan köçməsinin bir ilinə həsr olunmuş mərasimin təşkil olunmuşdur.

Həmin gün Qazax Gənclər Mərkəzində “Qazax” Xeyriyyə İctimai Birliyinin dəstəyi ilə çap olunmuş Aşıq Ədalətin xatirəsinə həsr olunmuş “Könül dastanı” adlı 400 səhifəlik 500 tirajla çap olunmuş kitabın təqdimatı olmuşdur.

Qeyd edim ki, bu ilin yanvar ayında ustad aşıq Dərya Məhəmmədin şagirdi, çağdaş Azərbaycan aşıq sənətinin ustad aşıqlarından olan Aşıq Yaqub Şıxlı dünyasını dəyişdi. “Qazax” Xeyriyyə İctimai Birliyi Aşıq Yaqubun qəbirüstü məzar daşının hazırlanmasına maddi köməklik göstərmişdir.

– 6 oktyabr 2018-ci ildə “Qazax” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə Atatürk Mərkəzində çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, İbrahim İlyaslının 55 illiyinə həsr olunmuş tədbir və çapdan çıxmış “Şair olmaq zülümdü” kitabının təqdimatı keçirilmişdir.

– 27 oktyabr 2018-ci ildə Qazax Rayon İcra Hakimiyyəti, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi, “Qazax” Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qazaxda Aşıq Ələsgərlə Aşıq Şəmşirin abidələrinin açılışı olmuşdur.

– Həmçinin həmin gün Qazax rayon Mədəniyyət mərkəzində Aşıq Şəmşirin 125 illik yubiley tədbiri keçirilmişdir.

– 2 noyabr 2018-ci ildə Ağstafa Rayon İcra Hakimiyyəti və “Qazax” Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ağstafada Azərbaycanın Xalq yazıçısı, “İstiqlal” ordeni laureatı İsa Muğannanın (Hüseynov) anadan olmasının 90-cı ildönümü ilə əlaqədar yubiley tədbiri keçirilmişdir. Tədbiri akademik Nizami Cəfərov və şairə Cığatel isaqızı aparmışdır.

– 10 noyabr 2018-ci ildə Atatürk Mərkəzində “Qazax” Xeyriyyə İctimai Birliyi, Atatürk Mərkəzi və Hədəf Nəşrlərinin birgə təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, Xalq yazıçısı, “İstiqlal” ordenli, İsa Muğannanın (Hüseynov) Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq 90 illik yubileyinə həsr edilmiş “Yazıçı və bədii yaradıcılıq idealı” adlı Elmi-praktik konfrans keçirilmişdir.

28 noyabr 2018-ci ildə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi, “Qazax” Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılğı ilə ustad aşıq Cəlal Qəhrəmanovun 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə və AMEA-nın Folklor İnstitutunun dissertantı İlahmə Qəsabovanın yeni çapdan çıxmış “Aşıq Cəlalın sənət yolu” adlı kitabın təqdimatı keçirilmişdir. Tədbir Dövlət Televiziyasının Mədəniyyət kanalında efirə getmişdir.

– 8 dekabr 2018-ci ildə Sumqayıt Poeziya Klubunda Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Poeziya Klubunun və “Qazax” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Yazışılar Birliyinin üzvü, tanınmış pedaqoq və şair, əmək veteranı, Qazax Pedaqoji Texnikomunun (Qazax Müəllimlər Seminariyası) məzunu, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Qənirə Mehdixanlının 80 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə təşkil olunmuşdur.

– Həmçinin bir məsələni də qeyd edim ki, Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar “Qazax” Xeyriyyə İctimai Birliyinin maddi dəstəyi ilə tanınmış tədqiqatçı, jurnalist Şəmistan Nəzirlinin “Qoridən gələn qatar” kitabının yeni əlavələrlə 500 tirajla yenidən çap etdirilib.

Bundan başqa bizə müraciət edən şəhid ailələri, veteran övladlarının təhsillə bağlı problemlərinə də köməklik göstərmişik.

Həmçinin 2018-ci ildə “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvlərinin əldə etdikləri uğurlardan da danışaq.

22 yanvar 2018-ci ildə filologiya elmləri doktoru, professor Rüstəm Kamal Ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə və səmərəli elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “İlin alimi” diplomuna layiq görülmüşdür.

20 may 2018-ci ildə Rusiya Federasiyasının Soçi şəhərində Əməkdar jurnalist, gənc yazıçı Varis Yolçuyev mayın ayında Rusiyanın Soçi şəhərində keçirilən “Ədəbiyyat üzrə festivallar festivalı”nda Avrasiya materikinin 170 yazıçısı arasında 1-ci yer tutaraq Festivalın qızıl medalını Azərbaycana gətirmişdir.

20 sentyabr 2018-ci ildə Təhsil Nazirliyinin elan etdiyi müsabiqədə Qazax şəhər 3 saylı tam orta məktəbin müəllimləri Tahirə Xasməmmədova və Şəlalə Məhərrəmova tərəfindən təqdim olunmuş və “Qazax” Xeyriyyə İctimai Birliyinin dəstək olduğu “Psixoloji maarifləndirmə” layihəsi qalib olmuşdur. Layihəyə uyğun olaraq Qazax və Ağstafa müəllimləri üçün Türkiyə Cümhuriyyətindən dəvət ediləcək Türkiyə uşaqları iş birliyi üzrə dünyada tanınmış professor Erdəm Söyləməzin mühazirə və seminarları təşkil olunacaqdır. Qeyd edim ki, professor Erdəm Söyləməzin gəliş-gediş və Qazax-Ağstafada qalma xərcləri “Qazax Xeyriyyə” İctimai Birliyi və Qazax rayon İcra Hakimiyyəti tərəfindən qarşılanacaqdır.

9 oktyabr 2018-ci ildə Salatın Əhmədli apardığı elmi-tədqiqat işlərinin əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ixtisaslaşmış Dissertasiya Şurasında filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanı uğurla müdafiə etmişdir.

24 noyabr 2018-ci ildə Bakı, “Sərhədçi” İdman Olimpiya Kompleksində Alpaqut Turan döyüş sənəti üzrə Birinci dünya çempionatında Əliyev Tural Məhəmməd oğlu Alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatının qalibi olub.

29 noyabr 2018-ci ildə İngiltərənin paytaxtı London şəhərində Azərbaycanın tanınmış yazıçısı, Əməkdar jurnalist Yolcuyev Varis Musa oğlu Beynəlxalq London Mükafatının 29 noyabr 2018-ci ildə açıqlanan yekun siyahısında yer alıb. Həmyerlimizin Dumanlı Albionda diqqəti çəkən əsəri “Səmadan yıxılan mələk” dramı olub.

Təbii ki, ölkəmiz üçün əlamətdar olan bu dövr, həmçinin bizim “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri üçün də yaddaqalan və əlamətdar olmuşdur. Bu sırada istərdim ki, ilk olaraq bu müddət ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamlarla fəxri adlar, rütbə, orden və medallarla təltif olunan şəxslər haqqında məlumat verim:

18 yanvar 2018-ci ildə akademik Bünyadov Teymur Əmiraslan oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunmuşdur;

2 fevral 2018-ci ildə Bilgəh Kardioloji Sanatoriyasının şöbə müdiri Şahməmmədov Şərif Şahməmməd oğlu oğluna Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar həkim fəxri adı verilmişdir;

9 may 2018-ci ildə Məmmədov Sabir Novruz oğlu oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin mükafatı ilə təltif olunmuşdur;

27 may 2018-ci ildə Akademik Milli Dram Teatrının aktyoru Məmmədov Sabir Novruz oğluna oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Xalq artisti fəxri adı verilmişdir;

25 iyun 2018- ci ildə Müdafiə Nazirliyinin Rabitə və Avtomatik İdarəetmə Sistemləri İdarəsinin rəisi, polkovnik Eminov Məmməd Şəmil oğluna oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilmişdir;

25 iyun 2018- ci ildə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəis müavini polkovnik Poladov Namiq Qasım oğluna oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilmişdir;

29 iyun 2018-ci ildə Binəqədi rayon Polis İdarəsinin rəisi İsmayılov Namiq Qəzənfər oğlu oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur;

31 iyul 2018-ci ildə Qazax rayon İcra hakimiyyəti Başçısının 1-ci müavini Alıyev Məmməd Oruc oğlu oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur;

31 iyul 2018-ci ildə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdir müavini Əhmədov Məhərrəm Camal oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur;

31 iyul 2018-ci ildə Ağstafa rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məsmalıyev Əziz Tanrıverdi oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur;

09 avqust 2018-ci ildə heykəltəraş, Xalq rəssamı, Əliyev Natiq Kamal oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur;

19 sentyabr 2018-ci ildə Bakı Dərin Özüllər Zavodunun direktoru Nağıyev Roman Fərhad oğluna Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar mühəndis fəxri adı verilmişdir;

 28 sentyabr 2018-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun Fövqəladə Hallar nazirliyi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Abbasov Elşən Akif oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

Qeyd edim ki, Elşən müəllimin atası Qazax mahalında nüfuzlu ağsaqqal kimi tanınan, hamının hörmət etdiyi, uzun müddət Qazaxda Xalq Nəzarəti Komitəsinin sədri, Ağstafa Aqrar Sənaye Kombinatının sədri işləmiş Abbasov Akif Abbas oğlu, qardaşı isə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini vəzifəsində işləyən Etibar Akif oğlu Abbasovdur.

4 oktyabr 2018-ci ildə Qazax şəhər 3 saylı tam orta məktəbin ingilis dili müəllimi Xasməmmədova Tahirə Oruc qızına Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar müəllim fəxri adı verilmişdir;

4 oktyabr 2018-ci ildə Ağstafa şəhər 2 saylı tam orta məktəbin dil, ədəbiyyat müəllimi Bezraşvard Nigar Ənvər qızına Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar müəllim fəxri adı verilmişdir;

4 oktyabr 2018-ci ildə Qazax şəhər 5 nömrəli tam orta məkrtəbin fizika müəllimi Qayayeva Yasəmən Naib qızı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur;

31 oktyabr 2018-ci ildə Gəncə Dövlət Universitetinin prorektoru Həsənov Fəxrəddin Şərif oğluna Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar mühəndis fəxri adı verilmişdir;

– 10 dekabr 2018-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Xalq artisti Qasımov Tariel İsgəndər oğlu Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşdur;

– 10 dekabr 2018-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Əliyeva Lətifə Cahandar qızına Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Xalq artisti fəxri adı verilmişdir;

– 27 dekabr 2018-ci ildə Batıyeva Labidə Həsən qızı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

Sözün həqiqi mənasında bu cür yüksək təltiflər doğma Qazağımız üçün çox böyük şərəfdir. Bütün təltif olunanları təbrik edir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün Qazax mahalının insanları adından təşəkkürümüzü bildiririk.

İndi isə icazənizlə “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin qərarı ilə Birliyin “Fəxri Diplom”ları və “Fəxri Fərman”ları ilə təltif olunmuş ölkənin ictimai-siyasi, mədəni həyatında fərqlənən şəxləri dəvət edək:

“Fəxri Diplom”

  1. Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti, iqtisad elmləri doktoru, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Məmməd Qurban oğlu Musayev Azərbaycanda bank sektorunun və iqtisadiyyatın inkişafındakı müstəsna xidmətlərinə, sahibkarlarla iş sahəsində əldə edilən uğurlu nailiyyətlərinə və “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində aktiv iştirakına görə təltif olunur.

  2. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Abas oğlu Babaşov Qazax rayonunun sosial-iqtisadi inkişafındakı xidmətlərinə, Qazax Rayon İcra Hakimiyyətinin və “Qazax” Xeyriyyə İctimai Birliyinin birgə həyata keçirilən tədbirlərinin yüksək səviyyədə təşkil edilməsində və iştirakına görə təltif olunur.

  3. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa rayonunun sosial-iqtisadi inkişafındakı xidmətlərinə, Ağstafa Rayon İcra Hakimiyyətinin və “Qazax” Xeyriyyə İctimai Birliyinin birgə həyata keçirilən tədbirlərinin yüksək səviyyədə təşkil edilməsində və iştirakına görə təltif olunur.

  4. Əməkdar dövlət qulluqçusu, Prezident Administrasiyasının Humanitar siyasət şöbəsinin müdir müavini Məhərrəm Camal oğlu Əhmədov Azərbaycan dövləti qarşısındakı xidmətlərinə görə və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması münasibətilə təltif olunur.

  5. Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, Əməkdar elm xadimi, coğrafiya elmlər doktoru, professor, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Vüsət Əmir oğlu Əfəndiyev Azərbaycanda elm və təhsilin inkişafındakı xidmətlərinə, Bakı Dövlət Universitetinin Qazax filialının yenidən qurulması və idarə edilməsində əldə edilən uğurlu nailiyyətlərinə, “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində fəal iştirakına görə təltif olunur. Qeyd edim ki, biz “Fəxri Diplom”larla təltif edilməni İdarə Heyətinin 7 yanvar 2018-ci il iclasında qərara almışdıq. Həmin vaxt isə bizim hamımızın əzizi professor Vüsət Əfəndiyev həyatda idi. Mən bu “Fəxri Diplom”u Vüsət müəllimin ailəsinə çatdıracağam.

“Fəxri Fərman”

  1. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Lətifə Cahandar qızı Əliyeva Azərbaycan mədəniyyəti qarşısında müstəsna xidmətlərinə, kino, teatr və tamaşalarda yaratdığı unudulmaz rollara görə və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Xalq artisti fəxri adı alması münasibətilə təltif olunur.

  2. Azərbaycan kino və teatr aktrisası, televiziya aparıcısı, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Həmidə Məmməd qızı Ömərova peşəkar aktrisa fəaliyyəti ilə Azərbaycan kinosunun və teatrının inkişafındakı müstəsna xidmətlərinə və gənc aktyor nəslinin yetişməsindəki nailiyyətlərinə görə təltif olunur.

  3. “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri, iş adamları Musa Baba oğlu Əhmədov və İman Baba oğlu Əhmədov uzun müddət “Qazax” Xeyriyyə İctimai Birliyinin faəliyyətində aktiv iştirak etdiklərinə görə təltif olunurlar.

  4. 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin direktoru, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Labidə Həsən qızı Batıyeva Azərbaycanda dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətinin artırılması istiqamətində əldə edilən uğurlu nailiyyətlərinə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunduğuna və “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində aktiv iştirakına görə təltif olunur.

  5. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Tarıyel İsgəndər oğlu Qasımov Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunması münasibətilə və “Qazax” Xeyriyyə İctimai Birliyinin tədbirlərində fəal iştirakına görə təltif olunur.

  6. Gəncə Dövlət Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Fəxrəddin Şərif oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar mühəndis fəxri adı alması və anadan olmasının 60 illiyi münasibətilə təltif olunur.

  7. “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Vaqif Hüseyn oğlu Nəsibov Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə və anadan olmasının 80 illiyi münasibətilə təltif olunur.

Qeyd edim ki, sabah Vaiqf Nəsibovun 80 illik yubiley tədbirində Birliyimizin üzvləri də iştirak edəcək.

  1. “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Mədət Mühid oğlu Səttarov “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində aktiv iştirakına görə və anadan olmasının 50 illiyi münasibətilə təltif olunur.

  2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəis müavini, general-mayor Namiq Qasım oğlu Poladov Azərbaycan Ordusunun döyüş hazırlığı sahəsindəki yüksək xidmətləri və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə təltif olunur.

  3. Həydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Roman Fərhad oğlu Nağıyev Azərbaycan Respublikasında neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adının alınması münasibətilə təltif olunur.

  4. Azərbaycan Dövlət Pedaqoji Universitetinin şöbə müdiri, dosent, “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü Yusif İmrayıl oğlu Alıyev Səmərəli elmi fəaliyyətinə və “Qazax” Xeyriyyə İctimai Birliyinin tədbirlərində aktiv iştirakına görə təltif olunur.

  5. Yazıcı, publisist, Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Natavan Dəmirçi qızı AtamoğlanovaAzərbaycan ədəbiyyatı qarşısındakı xidmətlərinə, “Qazax” Xeyriyyə İctimai Birliyinin tədbirlərində fəal iştirakına görə və anadan olmasının 55 illiyi münasibətilə təltif olunur.

  6. Hədəf liseyinin direktoru, filologiya üzrə fəlfəfə doktoru, dosent şair, publisist, İsa Muğanna yaradıcılığının tədqiqatçısı Şəmil Kamil oğlu Sadiqov Xalq yazıçısı İsa Muğannaya həsr olunmuş “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” monoqrafiyasına görə təltif olunur.

  7. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, “Sərhədçi” Olimpiya İdman Mərkəzinin rəis müavini, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Firdovsi Qəminalı oğlu Umudov Azərbaycanda idmanın inkişafındakı misilsiz xidmətlərinə və yetirmələrinin sərbəst güləş yarışlarında yüksək nəticələr göstərdiyinə və 2018-ci ildə əldə olunan uğurlarına görə təltif olunur.

  8. Ağstafa şəhər 2 saylı tam orta məktəbin dil, ədəbiyyat müəllimi “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Nigar Ənvər qızı Bezraşvard Təhsilin inkişafına göstərdiyi xidmətlərə və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adının verilməsi münasibətilə təltif olunur.

  9. Kiçik yaşından böyük musiqi festivallarının qalibi, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmış, gənc pianoçu, Prezident təqaüdçüsü, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Vurğun Mehman oğlu Vəkilov Azərbaycanda musiqinin və musiqi mədəniyyətinin inkişafında göstərdiyi böyük xidmətlərə, qazandığı uğurlu nailiyyətlərə və anadan olmasının 20 illiyi münasibətilə təltif olunur. Təltif üçün atası Mehman Mansurovu dəvət edirəm.

  10. İsmət Qayıbov adına Qazax şəhəri 3 saylı tam orta məktəbin ingilis dili müəllimi, Respublika üzrə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Tahirə Oruc qızı Xasməmmədova Təhsilin inkişafına göstərdiyi xidmətlərə və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adının verilməsi münasibətilə təltif olunur.

  11. Vəliyev adına Qazax şəhər 5 nömrəli tam orta məkrtəbin fizika müəllimi, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Yasəmən Naib qızı Qayayeva Təhsilin inkişafına göstərdiyi xidmətlərə və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edildiyinə görə təltif olunur.

  12. Tanınmış jurnalistlər, televiziya aparıcıları, rejissorlar, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri Həmid Hersçi və İlhamiyyə Rza Azərbaycanda jurnalistikanın inkişafındakı xidmətlərinə və ictimai fəaliyyətdə əldə etdikləri nailiyyətlərə görə təltif olunurlar.

  13. “Dəli Kür” qəzetinin baş redaktoru, Atatürk Mərkəzinin müdür müavini, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Osman Ənvər oğlu Musayev “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində aktiv iştirakına və anadan olmasının 60 illiyi münasibətilə təltif olunur.

  14. “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Arif Sayad oğlu Əliyev uzun müddət “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində fəal iştirakına və anadan olmasının 65 illiyi münasibətilə təltif olunur.

  15. Sərbəst güləş üzrə Azərbaycanın əməkdar məşqçis, beynəlxalq dərəcəli hakim, idman ustası, Avropa və dünya çempionatının qalibi, dünya kubokunun sahibi, IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Tural Məhəmməd oğlu Əliyev Azərbaycanda idmanın inkişafında, təbliğindəki xüsusi xidmətlərinə, hakimlik, məşqçilik fəaliyyətinə və “Qazax” Xeyriyyə İctimai Birliyinin tədbirlərində aktiv iştirakına görə təltif olunur.

Həmçinin, 2018-ci ildə “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvlərindən yüksək məsul vəzifələrə təyinatlar da olmuşdur.

– “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin üzvü texnika elmləri doktoru, “Şöhrət” ordeni laureatı, Əməkdar mühəndis Qasım Abdullayev Baş nazir cənab Novruz Məmmədovun əmri ilə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri;

– Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə iqtisad üzrə elmlər doktoru, professor Famil Mustafayev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr vəzifələrini icra edən, sədr müavini;

– 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev Dövlət Məşğulluq Xidmətinə rəis təyin edilib.

Bütün bunlarla yanaşı xüsusi olaraq qeyd etmək istəyirəm ki, Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi üçün çox hörmətli Xalq şairi Nəriman Həsənzadə, çox hörmətli akademik Teymur Bünyadov ölkə Prezidenti cənab İlham Əliyevə məktub yazaraq bu təhsil ocağının Azərbaycanda təhsilin, maarifin inkişafında göstərdiyi xidmətləri nəzərə alınaraq yubileylə bağlı sərəncam verməsini xahiş etmişdirlər. Bu məktuba əsasən 3 noyabr 2018-ci ildə Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalamışdır. Bu sərəncamın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi Qazax rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınaraq 2019-cu ilin fevral-noyabr ayları ərzində Seminariya ilə bağlı bir çox tədbir və konfranslar təşkil edəcəkdir.

Əziz dostlar, dəyərli qonaqlar, hər birinizə təşəkkür və minnətdarlığımızı bildiririk. Hər birinizlə fəxr edirik, çox sağ olun. Qeyd edim ki, bu gün tədbirimizdə üzrlü səbəblərdən tədbirimizdə iştirak edə bilməyən insanların “Fəxri Fərman”ları yaxın günlərdə özlərinə çatdırılacaq.

Professor İlham Pirməmmədovun çıxışından sonra Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Birliyin sədri İlham Pirməmmədovun 2018-ci il üzrə illik hesabatını yüksək qiymətləndirərək, həmçinin Qazax rayonunda aparılan islahatlardan, yenidənqurma və quruculuq işləridən geniş danışaraq “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvlərinə can sağlığı və daha məhsuldar fəaliyyət arzuladı. Sonra Xalq şairi Nəriman Həsənzadə, akademik Teymur Bünyadov, akademik Nizami Cəfərov, Qazax Xeyriyyə Cəmiyyətinin sabiq sədri Vidadi Bayramov, professor Qəzənfər Paşayev, professor Rüstəm Kamal, professor Məhəbbət Dəmirçiyeva,  çıxış edərək hesabata münasibət bildirərək “Qazax” Xeyriyyə İctimai Birliyinin 2018-ci ildə gördüyü işləri yüksək qiymətləndirərək İctimai Birliyin üzvlərinə daha böyük uğurlar arzuladılar.

Çıxışlardan sonra yekun söz üçün “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov çıxış etdi. Qeyd etdi ki, artıq “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin yığıncağında 2019-cu il üzrə Birliyin fəaliyyət planı da təsdiq olunmuşdur. Bayaq bildirdiyim kimi, bu il biz əsasən Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyi ilə bağlı silsilə tədbirlərə dəstək olacağıq. Həmçinin 2019-cu ildə hörmətli Azərbaycanın Xalq artisti Əminə Dilbazinin 100, Qazax Xeyriyyə Cəmiyyətinin uzun muddət sədri olmuş Vidadi Bayramovun 80, hörmətli Sayad Yolçuyevin 80, general-mayor Mahmud Həmzəyevin 70, hörmətli akademik Nizami Cəfərovun 60, Akif Aşırlının 50 illik yubileylərini qeyd edəcəyik. Yeri gəlmişkən qeyd edim ki, bir neçə gündən sonra akademik Teymur Bünyadovun 91 yaşı tamam olur. Hamımızın adından Teymur müəllimi ürəkdən təbrik edirəm. Ona və bütün doğum günü olan hər kəsə can sağlığı arzu edirəm. Dəyərli dostum Qazax rayon İcra Hakimiyyətinin başçısı hörmətli Rəcəb Babaşovun çıxışında da qeyd edtdiyi kimi Qazaxda sənayenin və kənd təsərrüfatının inkişafı, şəhərdaxili və kənd yollarının yenidən qurulması bizləri çox sevindirir. İnşallah bundan sonra da bu uğurlarımız davamlı olacaq. Qazax və Ağstafa rayon İcra Hakimiyyəti ilə razılaşdırdığımız birgə fəaliyyət planına uyğun olaraq çoxlu işlər görəcəyik.

İlham Pirməmmədov sonda hesabat tədbirində iştirak edən hər kəsə dərin təşəkkürünü və minnətdarlığını bildirdi.

Daha sonra tədbir aşıqların və incəsənət xadimlərinin ifasında davam etdirildi.

“Qazax” Xeyriyyə İctimai Birliyi mətbuat xidmətinin məlumatı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here