General-mayor Mahmud Həmzəyevi 70 illik yubileyi münasibətilə təbrik edirik

0
7707

Yanvar ayının 31-də  sabiq Korpus komandiri, general-mayor Mahmud Həmid oğlu Həmzəyevin doğum günüdür.

Vətənini bütün varlığı ilə sevən Mahmud Həmzəyev Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasi Prezidentinin Fərmani ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdu.

“Qazax”Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı, Bilal Bilalov, professor Əhməd Vəliyev, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Vidadi Bayramov İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Mahmud Həmzəyevi anadan olmasının 70 illiyi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayır.

Cənab general, biz sizinlə fəxr edirik!

P.S. Mahmud Həmid oğlu Həmzəyev 31 yanvar 1949-cu ildə Qazax şəhərində anadan olub.

1966-1971-ci illərdə Azərbaycan Neft-Kimya İnstitutunda təhsil alıb.

1971-1973-cü illərdə SSRİ-nin ordu sıralarına xidmət edib.

1973-1975-ci illərdə Neft Daşlarında mühəndis vəzifəsində çalışıb.

1975-ci ilin sonunda öz istəyi ilə ikinci dəfə ordu sıralarına qayıdıb.

1976-1980-ci illərdə tağım komandiri, əlahiddə pulemyot-artilleriya, hərbi hissə komandiri vəzifələrinə qədər yüksəlib.

1984-1987-ci illərdə Moskva şəhərində M.Frunze adına Hərbi Akademiyayada təhsil alıb. 

1986-87-ci illərdə əlahiddə tank alayı komandirinin müavini vəzifəsində xidmət edib.

1987-1992-ci illərdə Pribaltika Hərbi Dairəsində I dərəcəli təlim mərkəzinin rəisi vəzifəsində xidmət edib.

1989-cu ildə SSRİ Müdafiə Nazirliyi tərəfindən polkovnik hərbi rütbəsinə layiq görülüb.

SSRİ dağıldıqdan sonra 1992-ci ildə təqaüdə çıxmışdır.

1993-cü ilin sonunda Azərbaycana gələrək ordu sıralarında xidmətə başlamışdır. Xidməti müddətində briqada komandiri, ordu korpusunun qərargah rəisi, ordu korpusunun komandiri vəzifələrində qulluq etmişdir.

2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə general-mayor hərbi rütbəsinə layiq görülmüşdür.

24 iyun 2003-cü ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur.

2010-cu ilin əvvəllərində öz xahişi ilə ordu sıralarından tərxis olunmuşdur.

Ailəlidir. Bir oğlu, bir qızı, dörd nəvəsi var. Oğlu Pərviz Həmzəyev polis polkovnik-leynenantıdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here