Fevral ayının 1-də “Qazax” Xeyriyyə İctimai Birliyinin Mərkəzi Ofisində, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə Azərbaycan respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci Ordu Korpusunun sabiq komandiri, general-mayor Mahmud Həmid oğlu Həmzəyevin 70 illik yubileyinə həsr olunmuş geniş tədbir keçirilmişdir.

Tədbirdə Xalq şairi Nəriman Həsənzadə, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, İctimai Birliyin Ağsaqqallar Şurasının sədr müavini Vidadi Bayramov, Birliyin üzvləri professor Məhəbbət Dəmirçiyeva, filologiya elmləri doktoru Məti Osmanoğlu, Bəhruz Əliyev, Sultanxanım Nəsibova, Ramiz Göyüşov, dosent Dürdanə Vəkilova, dosent Yusif Alıyev, Sevda Qocayeva, polkovnik Novruz İsmiyev, iş adamı Mədəd Səttarov, həkim Yusif Rəhimov, Əməkdar mühəndis Roman Nağıyev, televiziya aparıcısı Çiçək Mahmudqızı, şairlər Rafail İncəyurd, Zaməddin Ziyadoğlu, Əməkdar məşqçi Xəyal Əliyev və Aşıq Avdı iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov öncə İctimai Birliyin gördüyü işlərdən danışaraq bunları qeyd etdi: Yanvar ayının 16-da Birliyimizin geniş formada təşkil olunmuş illik hesabatında gördüyümüz işlər haqqında hesabat verdik. Hesabat tədbirimizdə Qazax rayon İcra Hakimiyyətinin başçısı hörmətli Rəcəb Babaşov, Milli Məclisin deputatları Kamran Nəbizadə, Ülviyyə Ağayeva, Xalq şairi Nəriman Həsənzadə, akademik Teymur Bünyadov, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, professor Əhməd Vəliyev, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Şahin Şıxlınski və İctimai Birliyin bir çox üzvləri və qonaqlar iştirak edirdilər. Hesabatdan sonra çoxlu çıxışlar oldu və hesabatımıza yüksək qiymət verilərək qəbul olundu.

Hörmətli tədbir iştirakçıları “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin təsdiq etdiyi Fəaliyyət planına uyğun olaraq 2019-cu ilin ilk tədbiri Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətləri olmuş, “Azərbaycan Bayrağı” ordenli, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci Ordu Korpusunun sabiq komandiri, general-mayor Mahmud Həmid oğlu Həmzəyevin 70 illik yubileyinin qeyd edilməsidir. Mahmud Həmzəyev müstəqil Azərbaycanın hərb tarixinin parlaq simasıdır. Onun ordu quruculuğu sahəsində misilsiz xidmətləri olmuşdur. Ona görə də gəlin il olaraq Mahmud Həmzəyevin qısa tərcümeyi-halına nəzər salaq.

Mahmud Həmid oğlu Həmzəyev 31 yanvar 1949-cu ildə Qazax şəhərində anadan olub. 1966-1971-ci illərdə Azərbaycan Neft-Kimya İnstitutunda təhsil alıb. 1971-1973-cü illərdə SSRİ-nin ordu sıralarına xidmət edib. 1973-1975-ci illərdə Neft Daşlarında mühəndis vəzifəsində çalışıb. 1975-ci ilin sonunda öz istəyi ilə ikinci dəfə ordu sıralarına qayıdıb.1976-1980-ci illərdə tağım komandiri, əlahiddə pulemyot-artilleriya, hərbi hissə komandiri vəzifələrinə qədər yüksəlib. 1984-1987-ci illərdə Moskva şəhərində M.Frunze adına Hərbi Akademiyayada təhsil alıb. 1986-87-ci illərdə əlahiddə tank alayı komandirinin müavini vəzifəsində xidmət edib. 1987-1992-ci illərdə Pribaltika Hərbi Dairəsində I dərəcəli təlim mərkəzinin rəisi vəzifəsində xidmət edib. 1989-cu ildə SSRİ Müdafiə Nazirliyi tərəfindən polkovnik hərbi rütbəsinə layiq görülüb. SSRİ dağıldıqdan sonra 1992-ci ildə təqaüdə çıxmışdır. 1993-cü ilin sonunda Azərbaycana gələrək ordu sıralarında xidmətə başlamışdır. Xidməti müddətində briqada komandiri, ordu korpusunun qərargah rəisi, ordu korpusunun komandiri vəzifələrində qulluq etmişdir. 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə general-mayor hərbi rütbəsinə layiq görülmüşdür. 24 iyun 2003-cü ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur. 2010-cu ilin əvvəllərində öz xahişi ilə ordu sıralarından tərxis olunmuşdur. Ailəlidir. Bir oğlu, bir qızı, dörd nəvəsi var. Oğlu Pərviz Həmzəyev polis polkovnik-leynenantıdır.

İ.Pirməmmədov qeyd etdi ki, tərcumeyi haldan da göründüyü kimi general ömrünün böyük hissəsini hərb işinə, ordu quruculuğuna həsr etmişdir. General Mahmud Həmzəyevin Azərbaycan dövləti qarşısındakı böyük işlərini nəzərə alaraq və anadan olmasının 70 illiyi münasibətilə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə onu “General Əli ağa Şıxlınski Diplomu” ilə təltif etmişik. Mahmud müəllim, sizi təltif etmək üçün dəvət edirik. Siz bizim fəxrimizsiz!

İ.Pirməmmədov bildirdi ki: Məndə olan məlumqatlara görə general-mayor Mahmud Həmzəyevin ulu öndər Heydər Əliyevlə də yaxın tanışlığı vardı. Ona görə də istərdim ki, general-mayor Mahmud Həmzəyevin döyüş yolu haqqında vaxtilə onun rəhbərliyi altında xidmət etmiş sabiq briqada komandiri polkovnik Novruz İsmiyev xatirələrini danışsın. N.İsmiyev şıxışında bunları qeyd etdi:

Hörmətli tədbir iştirakçıları, XXI əsr Azərbaycan hərb tarixində öz dəts-xətti olan, öz xidməti ilə fərqlənmiş azsaylı generallardan biri olan Mahmud Həmzəyevin yubiley işığına yığışmışıq. Bu gün Mahmud Həzəyevin 70 yaşı tamam olur. Peşəkar hərbçi olan general Mahmud Həmzəyev Gədəbəy kimi ən ağır dağlıq relyefi olan bir ərazidə briqada komandiri kimi xidmət etmiş, sonralar ordu korpusunun komandiri olaraq ən çətin və ən şərəfli hərb yolunu Beyləqan kimi çətin bir yerdə Haramı düzündə davam etdirmişdir. Biz gənc hərbçi nəslin formalaşmasında, milli mənəvi dəyərlərin ərsəyə gəlməsində Mahmud Həmzəyevin keçdiyi hərb yolu, döyüş yolu nümunə olmuşdur. General Mahmud Həmzəyev deyiləndə gözlərimiz önündə igid, mərd, cəsur, savadlı peşəkar bir hərbçi gəlir. Hələ o zamanlar mötəbər bir tribunalardan çıxış edən genaralın əsgər və zabitlər arasında necə böyük hörmətə malik olduğunu o vaxtkı tabor komandiri kimi xatırlayıram. General Mahmud Həmzəyev hər zaman yüksək döyüş əhval ruhiyyəsində olduğuna görə onun rəhbərlik etdiyi birləşmədə həmişə nizam-intizam yüksək səviyyədə olardı. Onun 6 iyun 1994-cü ildə ulu öndər Heydər Əliyevin qarşısındakı çıxışı hər bir kəsin diqqətini cəlb etmişdi. Onun ordudakı ruh yüksəkliyindən, qələbə əzmindən danışması hər kəsin təsəvvüründə bu qorxmaz, cəsur hərbçi haqqında daha maraqlı təəsüratlar yaratmışdır. Mən deyərdim ki, general Mahmud Həmzəyev bizim məşhur generallarımızdan olan Əli ağa Şıxlınski kimi, Səməd bəy Mehmandarov kimi hərb tariximizin qəhrəman generalları kimi dərsliklərimizə salınmalıdır, onların həyat yolu tədris olunmalıdır. Bu gün biz böyük fəxr hissi ilə deyə bilərik ki, hər birimizə canlı örnək olan general Mahmud Həmzəyevin Azərbaycan dövləti qarşısında göstərdiyi xidmətlər bundan sonra gələn nəsillər üçün də örnək olacaq. Bir sözlə onu deyə bilərəm ki, Mahmud Həmzəyev haqqında danışmaq həm çətindir, həm də məsuliyyətlidir. Fürsətdən istifadə edərək belə bir möhtəşəm tədbirin ərsəyə gəlməsində xidmətləri olmuş hər kəsə, “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədova dərin təşəkkürümü bildirirəm.

Sonra Xalq şairi Nəriman Həsənzadə çıxış edərək yubliyara xoş arzularını və təbriklərini yetirdi.

Sonra Vidadi Bayramov çıxış edərək Qazax Xeyriyyə Cəmiyyətinin yarandığı gündən general Mahmud Həmzəyevin Cəmiyyətin yanında olub.

Daha sonra tədbir iştirakçılarından Bəhruz Əliyev, dosent Dürdanə Vəkilova, Zaməddin Ziyadoğlu, Çiçək Mahmudqızı, filologiya elmləri doktoru Məti Osmanoğlu, Ramiz Göyüşov çıxış edərək general Mahmud Həmzəyev hqqında ürək sözlərini, xatirələrini və təbriklərini çatdıraraq tədbri təşkil etdiyinə görə “Qazax” Xeyriyyə İctimai Birliyinə, şəxsən Birliyin sədri professor İlham Pirməmmədova təşəkkür və minnətdarlıqlarını bildirdilər.

Sonra Aşıq Avdı sözləri böyük şairimiz Səməd Vurğunun “Aəzrbaycan” şeirini sazda ifa edərək məclisə xüsusi bir ahəng qatdı.

Sonra İlham Pirməmmədov çıxış edərək bildirdi ki, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar mühəndis fəxri adı verilmiş Bakı Dərin Özüllər Zavodunun direktoru Roman Nağıyevi

və “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində fərqlənən Birliyin üzvü iş adamı Mədəd Səttarovu 50 illik yubileyi münasibətilə “Fəxri Fərman”la təltif etmişik.

Hər ikinizi də təbrik edirəm. İşlərinizdə uğurlar arzulayram.

Həmçinin İ.Pirməmmədov qeyd etdi ki, İctimai Birliyimizin üzvü dünya çempionu, əməkdar məşqçi Xəyal Əliyev Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən  “İlin ən yaxşı məşqçisi” fəxri adı alması münasibətilə “Fəxri fərman”la təltif olunmuşdur. Birliyimizin bütün üzvləri adından Xəyal Əliyevi təbrik edirik.

Sonda general-mayor Mahmud Həmzəyev “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov başda olmaqla Birliyin bütün üzvlərinə ona göstərilən diqqət və qayğıya görə təşəkkür və minnətdarlığını bildirdi.

Qeyd etdi ki, mən hər zaman vətənimə, dövlətimə, xalqıma xidmət etməkdən qürur duymuşam, bundan sonra da bu amalla yaşayacağam.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here