Bu gün “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının 50 yaşı tamam olur

0
1697

Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Abduləzim oğlu Vəliyevin (Akif Aşırlı) 50 yaşı tamam olur. Jurnalistlik fəaliyyətinə “7 gün” qəzetində başlayan Akif Aşırlı 1996-cı ildə “Şərq” qəzetini təsis edib. Həmin vaxtdan etibarən “Şərq”in baş redaktorudur. Akif Aşırlı müasir Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olmuş qələm əhlidir. O, 2005-ci ildə jurnalistikanın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə mükafatlandırılıb.

“Qazax”Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı, Bilal Bilalov, professor Əhməd Vəliyev, Vidadi Bayramov, texnika elmləri doktoru Qasım Abdullayev, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Akif Aşırlını doğum günü – anadan olmasının 50 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayır. 

 

P.S. Akif Aşırlı 15 fevral 1969-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1986-cı ildə Daş Salahlı kənd 1 saylı orta məktəbini bitirib.

1988-1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi xidmətdə olub.

1999-cu ildə BDU-nun tarix fakültəsini bitirib. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. 2005-ci ildə “Təfəkkür” Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb.

1993-cü ildə ABŞ-ın rəsmi dövlət agentliyi YUSİA-nın dəvəti ilə bu ölkədə olub. 2005-ci ildə İsveçin Stokholm şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresində Məclis üzvü və məclis katibi seçilib. 2007-ci ilə qədər bu vəzifəni icra edib.

2005-ci ildə Akademik Yusif Məmmədəliyev adına mükafata layiq görülüb

“Ağlama, Damcılı bulağı”, “Türkün Xocalı soyqırımı”, “Nəriman Nərimanovun Kremildə qətli”, “Cümhuriyyət mətbuatında Qafqaz İslam Ordusu”, “Azərbaycan mətbuatı tarixi” (1875-1920) kitablarının müəllifi, “Bağanıs Ayrım soyqırımı” kitabının həmmüəllifidir.

2016-cı ildə AMEA-nın Tarix İnstitutunda akademik Yaqub Mahmudovun elmi rəhbərliyi ilə “Qafqaz İslam Ordusu Cumhuriyyət dövrü mətbuatında” adlı dissertasya işini müdafiə edərək tarix elmi üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Mətbuat Şurası İdarə heyətinin üzvüdür.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ailəlidir, üç övladı var

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here