Bu gün Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Həmidə xanım Ömərovanmın doğum günüdür.

Aktrisa Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda müəllim ailəsində anadan olub.

Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir. 1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb.

1979-1993-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb.

Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində iştirak edib.

Kino haqqında “Azərbaycan kinosunda feminizm”, “ABŞ kinosu: 1895-1945-ci llər”, “Amerika kino tarixi” kitablarının müəllifidir.

1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında “Retro” kinozalı verlişinin aparıcısı, 2002-ci ildən “Kinoştrix” verilişinin ssenari müəllifi olub.

Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. Azərbaycanın Xalq artisti, Pprezident təqaüdçüsüdür.

Həmidə Ömərova Şəfiqə (“Qızıl uçurum” filmində) (“Qızıl uçurum”), Çinarə (“Anlamaq istəyirəm”), Zümrüd (“Yol əhvalatı”), gəlin (“Vah!”), Zeynəb (“Babamızın babasının babası”), Telli (“Qorxma, mən səninləyəm”), Məleykə (“Üzeyir ömrü”), Afaq (“Nizami”), Şəfiqə (“Musiqi müəllimi”), Tamara (“Burulğan”), Nazlı (“Şirbalanın məhəbbəti”), Nuriyə (“Divlər zindanı”, İran k/s), Nurzad (“Əzablı yollar”), Zivər (“Doğma sahillər”), xan qızı (“Dədə Qorqud oğuznamələri”), Elmira (“Dronqo”) və s. obrazlar yaradıb.

Peşəkar aktrisa indi televiziya seriallarında çəkilir.

“Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov İctimai Birliyin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Azərbaycanın əməkdar incəsənət xadimi Vidadi Babanlı, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, Məmməd Musayev, Kamran Nəbizadə, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı, Arif Məmmədov, Bilal Bilalov, Vidadi Bayramov, professor Əhməd Vəliyev, Fuad Hacıyev, professor Mustafa Babanlı, Puşkin Əhmədov, Fikrət Hacıyev, general Mahmud Həmzəyev, general Məmməd Eminov, general Namiq Poladov, polkovnik Namiq İsmayılov, Rövşən Babanlı, Yusif Rəhimov, Kamal Axundov, professor Rüstəm Kamal, Məti Osmanoğlu, Əməkdar mühəndis Qasım Abdullayev, Arzuman Abdulkərimov, Həsrət Pirməmmədov, Məmməd İlqar, Rafail İncəyurd, Bəhruz Əliyev, Əməkdar məşqçi Firdovsi Umudov, Rövşən Göyüşov, Ramiz Göyüşov, Musa Əhmədov, Elçin Carçıyev, Mədəd Səttarov, Bəhruz Qaraqoyunlu, Söhrab Abdullayev, Raliz Qaravəliyev, Tapdıq Osmanov, Qafar Sarıvəlli, Arif Əliyev, professor Məhəbbət Dəmirçiyeva, professor Salatın Əhmədli, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, Labidə Batıyeva, Sevda Qocayeva, Fəridə Ləman, Səbinə Yusif, Çiçək Mahmudqızı, Zaməddin Ziyadoğlu, Şəmistan Nəzirli, İbrahim İlyaslı, Allahverən Qasımov, Yusif Alıyev, Sahib İbrahimov, Avdı Musayev, Şaiq İsayev Xalq artisti Həmidə xanım ğmərovanı ürəkdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı arzulayır və aktrisaya yaradıcılıq uğurları arzu edir.

Həmidə xanım, biz sizinlə fəxr edirik!!!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here