Peşəkar rəssam Nəvai Metinin 55 yaşı tamam olur

0
1532

İyul ayının 3-də tanınmış rəssam, Aktivist Sənətçilər Birliyinin
Azərbaycan üzrə təmsilçisi, Birliyin Rəsm Komitəsinin başqanı, gözəl eloğlu,
etibarlı dost, sədaqətli və səmimi insan, mehriban ailə başçısı Nəvai Məmməd oğlu
İbrahimovun (Nəvai Metinin) 55 yaşı tamam olur.
Rəssam Nəvai Metin çoxlu sayda sənət əsərinin ərsəyə gəlməsində böyük zəhmət və bacarıq nümayiş etdirən istedalı rəssamlarımızdandır. Onun Qazax mahalının tanınmış şəxslərin, məşhur insanlarına, toponimlərinə həsr etdiyi onlarca əsərinə tamaşa etdikcə insanın ruhu dincəlir.

O, daim “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində yaxından iştirak edir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Millət vəkilləri akademik Nizami Cəfərov, professor Səməd Seyidov, Ülviyyə Ağayeva, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, professor Rüstəm  Kamal, professor Məhəbbət Dəmirçiyeva, Vidadi Bayramov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, dosent Məti Osmanoğlu, Əməkdar jurnalist Varis Yolçuyev, Puşkin Əhmədov, Ramiz Göyüşov, Arzuman Abdulkərimov, Kamal Axundov, Fikrət Hacıyev, Elçin Carçıyev, Mədət Səttarov, Raliz Qaravəliyev, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Yusif Alıyev, Rafail İncəyurd, Yusif Rəhimov, Səbinə Yusif və İctimai Birliyin bütün üzvləri adından rəssam Nəvai Metini doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırıq.

Nəvai müəllim, sizinlə fəxr edirik!

P.S. Əslən Qazax rayonunun İncə dərəsindən- Aslanbəyli kəndindən olan Nəvai Məmməd oğlu İbrahimov 1965-ci il iyul ayının 3-də Qazax rayonunun Qarayazı qəsəbəsində dünyaya göz açıb. 1972-1982-ci illərdə Ağstafa rayonunun Zəlimxan kəndində orta təhsil alıb. 1982-1989-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsində ali təhsil alıb. İnstitu bitirdikdən sonra Bakı Şəhəri İcra Hakimiyyətində işləyib. Sonralar sahibkarlıq fəaliyyəti ilə məşğul
olub. 1989-cu ildən əsərləri müntəzəm olaraq dövrü mətbuatda nümayiş olunur.
Fərdi və qarışıq sərgilərin iştirakçısıdır və əsərləri sərgilərdə uğurla nümayiş olunur, çoxsaylı kolleksiyaçıların və ayrı-ayrı şəxslərin şəxsi kolleksiyasında saxlanılır. Bir çox kitabların rəssam tərtibatının müəllifidir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Nəvai Metin 2013-cü ildə Türkiyənin İzmir şəhərində yerləşən Uluslarası Aktivist Sənətçilər Birliyinin Azərbaycan Təmsilçisi və Rəsm Komitəsinin başkanı seçilib.
O, Azərbaycan mədəniyyətinin eləcə də Türk dünyasının sənət incilərini və sənətkarların dünyaya tanıdılmasında gərgin,yorulmaz və uğurlu iş aparır.
“Metin-X” reklam şirkətinin rəhbəridir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here