Əməkdar mədəniyyət işçisi, Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin və Azərbaycan Jurnalistlər birliyinin üzvü, filologiya elmləri namizədi Elxan Hüseynqulu oğlu Məmmədlinin 75 yaşı tamam olur.
Azərbaycan folklorşünaslığının inkişafında, tədiq edilməsində, xalqın zəngin mədəniyyətinin üzə çıxarılmasında böyük işlər görmüş Elxan Məmmədli bu gün də böyük ruh yüksəkliyi ilə, əzmkarlıqla öz yaradıcılıq fəaliyyətini uğurla davam etdirir. Həmçinin o, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvüdür və Birliyin tədbir və toplantılarında yaxından iştirak edir.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Millət vəkilləri akademik Nizami Cəfərov, professor Səməd Seyidov, Ülviyyə Ağayeva, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar jurnalist Varis Yolçuyev, Namiq İsmayılov, Şahin Şıxlinski, professor Məqsəd Qocamanov, Puşkin Əhmədov, Ramiz Göyüşov, Arzuman Abdulkərimov, professor Rüstəm Kamal, Kamal Axundov, Rövşən Babanlı, Məmməd Nəsibov, Elçin Şıxlınski, Fikrət Hacıyev, Elçin Carçıyev, Əli Rəhimov, Fərman Qəhrəmanov, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Raliz Qaravəliyev, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair İbrahim İlyaslı, Səbinə Yusif, Ələddin Qarayev və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Əməkdar mədəniyyət işçisi Elxan Məmmədlini 75 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı və yaradıcılıq işlərində uğurlar arzu edirik.
“Qazax” Xeyriyyə İctimai Birliyinin illik fəaliyyət planında Əməkdar mədəniyyət işçisi Elxan Məmmədlini 75 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi nəzərdə tutulsa da mövcud vəziyyətlə əlaqədar olaraq təxirə salınmışdır. Gələcək aylarda bu tədbirin həyata keçirilməsi nəzərə alınmışdır.
P.S. Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə Borçalı mahalının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.
1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə fəhləlikdən başlayan Elxan Məmmədli bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra, 1976-1979-cu illərdə Pedaqoji Elmlər İnstitutunda elmi işçi işləmişdir.
1979-cu ildə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir.
1994-cü ilə kimi Ədəbiyyat İnstitutunun Folklor şöbəsində çalışan Elxan Məmmədli böyük elmi işçi kimi həmin ildən Folklor Elmi-Mədəni Mərkəzinə köçürülmüşdür.
1998-ci ildə “Azərbaycan aşıq yaradıcılığında təcnis” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və filolodiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
1999-cu ildən AMEA-nın Folklor İnstitutunda “Aşıq yaradıcılığı” şöbəsinin müdiridir.
1969-2009-cu illər ərzində Azərbaycan radio və televiziyasında “Bulaq”, “Ustadnamə”, “Sazın-sözün sehrində”, “Gözəlləmə” və “Sarıtel” verilişlərinin müəllifi və aparıcısı olmuşdur.
O, 1 monoqrafiya, 10-dan çox toplama-tərtib kitabını nəşr etdirmiş, 30-dan çox kitabın redaktoru, rəyçisi olmuşdur.
2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.
Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.