Vidadi Babanlıdan Prezidentə təşəkkür məktubu

0
611

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yazıçı Vidadi Babanlıdan təşəkkür məktubu

Möhtərəm cənab Prezident.

Ömrümün 75 ildən çoxunu ədəbi fəaliyyətə həsr etmişəm. Məlumat üçün bildirmək istərdim ki, 6 roman, 5 povest, 3 pyes, çoxlu sayda şeirlər, hekayələr, publisistik məqalələr müəllifiyəm. “Vicdan susanda” adlı romanım Azərbaycanda kütləvi tirajla dönə-dönə nəşr edilmiş, həmçinin 2 il ardıcıl (1979 və 1980-ci illərdə) yüz min nüsxə ilə Moskvada rus dilində çapdan çıxmışdır. Bu, nəşriyyat aləmində nadir hadisədir, çox az yazıçıya nəsib olan xoşbəxtlikdir. Siz 95 illik yubileyimdə məni Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərim qarşılığında “Şərəf” ordeni ilə təltif etməklə öz aliliyinizi, böyük Heydər Əliyev irsinə sadiqliyinizi bir daha nümayiş etdirmiş oldunuz. Bu mükafatı əməyimə, ədəbiyyatımıza, ədəbiyyat adamına verilən ən yüksək dəyər hesab edirəm. Ömrünü daim şərəf və ləyaqətlə yaşamış bir ziyalı kimi ölkəmizdə gedən uğurlu inkişafı, işıqlı gələcəyi gördükcə böyük qürur hissi keçirirəm. Bizim gələcəyimiz ona görə işıqlıdır ki, hər əməyə xüsusi diqqət yetirilir. Mən də əməyim müqabilində təltif olunduğum “Şərəf” ordeninin qürurunu mənfur düşmən üzərində Qələbə qazanmış Azərbaycan xalqı ilə bölüşürəm. Sizin sərkərdəliyiniz, Ordumuzun gücü, xalqımızın qüdrəti sayəsində Vətən müharibəsində qalib gəldikdən sonra Şuşa şəhərini mədəniyyət paytaxtı, 2022-ci ili “Şuşa İli” elan etməklə ictimaiyyətimiz qarşısında yeni və mükəmməl bir istiqamətin təməlini qoymuş oldunuz. Vətənimizin incisi olan Şuşada dəfələrlə olmuşam və onun gözəlliyindən, əzəmətindən doymamışam. Əminəm ki, bundan sonra Şuşa Sizin sayənizdə daha da gözəlləşəcək, qüdrətlənəcək və yeni nəsil şair və yazıçıların əsərlərinə köçərək tarixləşəcək.

Əziz Prezidentim, yaradıcılığıma və şəxsiyyətimə göstərdiyiniz yüksək diqqət və qayğıya görə şəxsən öz adımdan, ailəmin adından və doğulduğum Qazaxın qədirbilən insanları adından Sizə bir daha minnətdarlığımı bildirirəm. Göstərdiyiniz bu etimad məni daha da həvəsləndirir, bu yaşımda da şövqlə yazmağa səsləyir.

Dərin hörmətlə,

Babanlı Vidadi Yusif oğlu, Əməkdar incəsənət xadimi, yazıçı, şair.

Azərbaycan Respublikası, Bakı şəhəri.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here