Qazax mahalının ziyalılarını Prezident İlham Əliyev təltif etdi

0
957

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 may 2023-cu il tarixində imzaladığı sərəncamlara əsasən “Qazax” Xeyriyyə İctimai Birliyinin iki üzvünə Prezidentin fərdi təqaüdü, üç üzvünə isə Prezidentin mükafatı verilib.

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama əsasən Azərbaycanın tanınmış araşdırmaçı-publisisti, hərbi jurnalist, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, H.Zərdabi adına mükafatın laureatı Şəmistan Əmiraslan oğlu Nəzirliyə və kinorejissor, ssenarist, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Ziya Ənvər oğlu Şıxlinskiyə Prezidentin fərdi təqaüdü verilib.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı digər sərəncama əsasən Səhnə fəaliyyəti ilə bağlı aparıcı incəsənət xadimləri, Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Məmmədov Sabir Novruz oğluna, Qazax Dövlət Dram Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Eyyubov Musa Eyyub oğluna, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru Hadızadə Kərəm Əmiralı oğluna Azərbaycan Respublikası Prezidentinin mükafatı verilib.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Prezidentin fərdi təqaüdünə və Prezidentin mükafatına layiq görülən dəyərli ziyalıları təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayır.

Eyni zamanda incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirir, müstəqil Azərbaycanın uğurlu gələcəyi naminə başarılar arzulayırlar. Cənab Prezident, biz hər zaman sizinləyik. Biz birlikdə güclüyük.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here