Güləşçimiz Yusif Dursunov dünya çempionu olub

0
257

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.

Artıq yarışın 5-ci günündə sərbəst güləş üzrə mübarizəyə start verilib.

Yarışda 110 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi Yusif Dursunov bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

O, ilk görüşündə özbəkistanlı Eldorbek Xasanova tam üstünlüklə (11:0) qalib gəlib. Avropa çempionumuz dörddəbir finalda gürcüstanlı Aleksandr Abramişviliyə gücünü göstərib – 4:1. Yusif yarımfinalda ermənistanlı Henrik Haykyanı 6:2 hesabı ilə üstələyərək adını finala yazdırıb. Həlledici görüşdə qazaxıstanlı Yedige Kassimbeklə qarşılaşan idmançımız rəqibini 4:2 hesabı ilə məğlub edib.

Beləliklə, Yusif Dursunov Avropa çempionluğunun ardınca dünya çempionu tituluna da yiyələnib.

Qeyd edək ki, Yusif Dursunov Qazax mahalının Həzi Aslanov qəsəbəsində doğulub, boya-başa çatıb.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov İctimai Birliyin üzvləri adından Avropa çempionu Yusif Dursunovu dünya çempionu titulunu qazanması münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı və daha böyük uğurlar arzu edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here