Professor Məhəbbət Dəmirçiyevanın 60 illik yubileyi qeyd edildi

0
1667

Dekabr ayının 13-də “Qazax Xeyriyyə” İctimai Birliyinin təşkilatçılığı ilə “Xarı bülbül” sarayında 100-dən çox alim, müəllim, iş adamı, müxtəlif peşə sahibləri və yaxın qohumların iştirakı ilə professor Məhəbbət Dəmirçiyevanın doğum günü – 60 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir.

 

Ömrünü elmə, təhsilə, təlim-tərbiyəyə həsr etmiş kamil insan, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri, professor Məhəbbət Dəmirçiyevanın doğum günü ilə əlaqədar “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin qərarı ilə “Dəli Kür” qəzetinin xüsusi buraxılışı professor Məhəbbət Dəmirçiyevaya həsr etmişdir. Nəfis tərtibatda hazırlanmış, 500 nüsxədə çap olunan Xüsusi buraxılışda akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Milli Məclisin deputatı Kamran Nəbizadə, “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, BDU-nun prorektoru Vüqar Mehrabov, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, professor Firudin Səməndərov, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kolleqiyasının sədri Rizvan Səfərov, AMEA Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov, Hüquq elmləri doktoru İpək Abbasova, Milli Aviasiya Akademiyasının kafedra müdiri, profesor İbrahim Quliyev, hüquq elmləri namizədi Rauf Şəmsizadə, “Şöhrət” ordenli, Əməkdar mühəndis Qasım Abdullayev, plois polkovniki Musa Əliyev, hüquqşünas Cabbar Bayramov, dosent Natavan Dəmirçioğlu, şair Rafail İncəyurd, Fəridə Ləman, Çiçək Mahmudqızı, Cığatel, Mübariz Qaragözlü və ölkəmizin ictimai-siyasi həyatında, elm, təhsil, mədəniyyət sahəsində tanınan digər nüfuzlu insanların Məhəbbət xanım haqqında təbrik məqalələri çap edilmişdir.

 

 

Yubiley tədbirini tanınmış müğənni Sahib İbrahimov idarə edirdi. Onu isə musiqi komandası müşayiət edirdi.

 

Tədbirdə çıxış edən “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, YAP Yasamal rayon Təşkilatının sədri Tağı Əhmədov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru Əmir Əliyev, Sərbəst Güləş üzrə Milli komandanın baş məşqçisi Firdovsi Umudov, “Şərq” qəetinin baş redaktoru Akif Aşırlı, “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədr müavini Puşkin Əhmədov, İctimai Birliyin üzvləri Qasım Abdullayev, Salatın Əhmədova, Labidə Batıyeva, Sultanxanım Nəsibova, Natavan Dəmirçioğlu, Solmaz Kosayeva, Həsrət Pirməmmədov, Fikrət Xəlilov, Rafail İncəyurd, Arif Əliyev, Yusif Rəhimov, tələbə yoldaşları Musa Əliyev, Şakir Ələsgərov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin əməkdaşları, ailə üzvləri, qohumları və digər yaxınları çıxış etdilər. Onlar Məhəbbət xanımı 60 illik yubileyi münasibətilə təbrik edərək, onun həyat yolundan, elmi-pedaqoji fəaliyyətindən və digər məxsusi keyfiyyətlərindən danışaraq Məhəbbət xanıma bundan sonra da can sağlığı, uzun ömür, uğurlu yaradıcılıq fəaliyyəti arzuladılar.

 

 

 

Həmçinin tədbirdə Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyevin və Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin professor Məhəbbət Dəmirçiyevaya ünvanladığı təbrik məktubları oxundu və hədiyyələri təqdim olundu.

 

Tədbir boyunca Azərbaycanın tanınmış incəsənət xadimlərindən Sahib İbrahimov, Aşıq Solmaz Kosayeva, Aşıq Şaiq və Aşıq Avdı gözəl musiqi sədaları ilə məclisi feyziyab edirdilər.

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here