Professor Rüstəm Kamal 2017-ci il üzrə “İlin alimi” adına layiq görülüb

0
2245

Tənqidçi, ədəbiyyatşünas, esseist, filologiya elmləri doktoru, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü professor Rüstəm Kamal oğlu Rəsulov (Rüstəm Kamal) Ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə və 2017-ci ildəki səmərəli elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “İlin alimi” DİPLOMuna layiq görülmüşdür.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəyli “İlin alimi” diplomunu və döş nişanını təntənəli surətdə professor Rüstəm Kamala təqdim edib. Professor R.Kamal əməyinə verilən böyük qiymətə görə akademik İsa Həbibbəyliyə dərin təşəkkürünü bildirmişdir.

“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov professor Rüstəm Kamalı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “İlin alimi” DİPLOMuna layiq görülməsi münasibətilə “Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyəti və Cəmiyyətin bütün üzvləri adından ürəkdən təbrik edib, ona can sağlığı, fəaliyyətində yeni-yeni uğurlar arzulayır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here