Azad Abdullayevə general-mayor ali hərbi rütbəsi verilmişdir

0
2603

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.

Sərəncama əsasən polkovnik Azad Əyyub oğlu Abdullayevə general-mayor ali hərbi rütbəsi verilmişdir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlınski, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicad Bədəlov, akademik Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı, Bilal Bilalov, Arif Məmmədov, hərbi jurnalist Şəmistan Nəzirli, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Xalq artisti Tariyel Qasımov, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar müəllim Arzu Daşdəmirov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Akif Aşırlı, professor Rüstəm Kamal, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, professor Məqsəd Qocamanov, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, İbrahim Nəbioğlu, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Əfşan, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Mədət Səttarov, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər Məmməd Əfşan, İbrahim İlyaslı, rəssam Nəvai Metin, Zaməddin Həmişəyev, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, Səbinə Yusif, Ceyhun Babaşov, Rafail İncəyurd, Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Azad Əyyub oğlu Abdullayevi general-mayor ali hərbi rütbəsi alması münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırıq.

Cənab General, biz sizinlə fəxr edirik!

P.S. Abdullayev Azad Eyyub oğlu 1976-cı il iyun ayının 9-da Qazax rayonu Yenikənd kəndində (indiki Ağstafa rayonu Aşağı Kəsəmən kəndində) anadan olmuşdur.
1983-1993-cü illərdə Qazax rayonu Şahnabat Nəsibova adına Sarıvəlli kənd orta məktəbində təhsil almışdır.
1994-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuş və 1998-ci ildə həmin məktəbi “Sərhəd” ixtisası üzrə bitirmişdir.
1998-ci ilin iyul ayından Dövlət Sərhəd Xidmətində zastava rəisinin müavini vəzifəsində xidmətinə başlamışdır. Uzun illər Dövlət Sərhədinin etibarlı mühafizəsi işində yaxından iştirak edərək müxtəlif vəzifələrdə xidmət etmiş və Sərhəd diviziyasının komandiri vəzifəsinə qədər yüksəlmişdir.
İşğaldan azad olunmuş torpaqlarda ilk gündən etibarən sərhəd infrasturukturunun yaradılmasında yaxından və fəal iştirak etmişdir.

Ailəlidir. 2 övladı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here